Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

SHXÇDX nın yaradılmasından 14 il ötür

SHXÇDX nın yaradılmasından 14 il ötür

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün ölkənin hərb quruculuğuna öz töhfəsini verən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür. Səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, müddətli həqiqi hərbi xidmətə hazırlanması və hərbi xidmətə çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, eyni zamanda vətəndaşların qəbulu və müraciətlərinə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə, xidmətin daha bacarıqlı və savadlı kadrlarla komplektləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində müvəffəqiyyətlər qazanan Dövlət Xidməti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 13 fevral 2012-ci il tarixli fərmanı ilə yaradılıb.

"Unikal" xəbər verir ki, 2025-ci il ərzində Xidmət tərəfindən bir sıra yeniliklər və tədbirlər həyata keçirilib. Müzəffər Ali Baş Komandanın müəyyənləşdirdiyi məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirməyi qarşısına məqsəd qoyan Dövlət Xidməti qanunla müəyyən edilən vəzifələrin həyata keçirilməsində, o cümlədən vətəndaş məmnuniyyətinin, şəffaflığın təmin edilməsində yeni nailiyyətlər qazanıb.

Müvafiq qanunvericiliyə uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili Xidmətin qarşısında qoyulan əsas vəzifələrdən biridir. Silahlı Qüvvələrin səfərbərlik zamanı və müharibə dövründə hərbi vəzifəlilərlə və hərbi nəqliyyat vasitələri ilə komplektləşdirilməsi üçün komandalara təyin edilmiş ehtiyatda olan resursların çağırılması, toplanılaraq hərbi hissələrin qəbul məntəqələrinə göndərilməsi məqsədi ilə mütəmadi olaraq məşğələlər keçirilib, həmçinin ehtiyatdan çağırılan hərbi vəzifəlilərin döyüş hazırlığının, bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi, eləcə də praktiki vərdişlərinin təkmilləşdirilməsi üçün ötən ilin hazırlıq planına əsasən Müdafiə Nazirliyi ilə birgə təlim toplanışları davam etdirilib.

Xidmətin fəaliyyətinin mühüm istiqamətlərindən biri olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə göndərilməsi işi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 2025-ci ildə də uğurla davam etdirilib. Müddətli həqiqi hərbi xidmətə yanvar, aprel, iyul, oktyabr çağırışı zamanı Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsi təmin edilib. Müvafiq işlərin koordinasiya edilməsi məqsədilə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə çağırışın gedişatı ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclasları keçirilib.

Müddətli həqiqi hərbi xidmətə çağırışın əsas istiqamətlərindən biri də çağırışaqədərki yaş həddində olan gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarının yüksək səviyyədə saxlanılması, həmçinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliğidir. Bu məqsədlə 2025-ci ildə Sabirabad, Şabran, Şəki, Astara, Lerik, Şəmkir, Göygöl, Ağstafa, Xaçmaz, İmişli və Kürdəmir rayonlarında yuxarı sinif şagirdlərinin iştirakı ilə gənclər üçün silsilə görüşlər keçirilib. Bundan başqa respublika üzrə çağırışaqədərki hazırlıq rəhbərləri ilə əlaqələndirilmiş şəkildə hərbi-vətənpərvərlik tədbirləri, hərbi-idman oyunları təşkil edilib. Təhsil müəssisələrində çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsində çalışan şəxslər tərəfindən gənclərə ilkin hərbi biliklərin aşılanması və çağırışaqədərki hazırlığın hərtərəfli qaydada aparılması istiqamətində tövsiyələrin verilməsi məqsədi ilə respublikanın bütün rayonlarında seminar və nümunəvi dərslər təşkil edilib.

Dövlət Xidmətinin qarşısında dayanan əsas prioritetlərdən biri vətəndaşlarla əyani təmasın minimuma endirilməsi, operativliyin və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə müasir texnologiyaların imkanlarından maksimum yararlanmaq və gələcəkdə göstərilən bütün xidmətlərin elektron qaydada həyata keçirilməsidir. Hazırda Dövlət Xidmətinin təqdim etdiyi 6 növ arayış “MyGov” platforması üzərindən vətəndaşlara təqdim olunur. 

Müvafiq qanuna edilən dəyişikliyə əsasən 15 yaşına çatmış kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınmasında yeni müddəaların tətbiq olunması, tələb olunan sənədlərin aidiyyəti dövlət orqanlarının elektron sistemlərindən inteqrasiya yolu ilə əldə olunması da onlarla, eləcə də valideynləri və qanuni nümayəndələri ilə əyani təmasının minimuma endirilməsinə və bu sahədə şəffaflığın artırılmasına xidmət edir. Belə ki, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin kağız daşıyıcısının ləğv olunması, ilkin hərbi qeydiyyata alma komissiyasının qərarının və digər məlumatların vətəndaşlara elektron formada göndərilməsi “MyGov” platforması üzərində elektron kabinetlərinin yaradılmasını zəruri edir. Həmçinin Dövlət Xidmətinin aparatında və struktur-bölmələrində olan bir sıra proseslər tam avtomatlaşdırılıb və rəqəmsal şəkildə həyata keçirilir. Xidmətin dövlət orqanları arasında sənəd dövriyyəsinin operativ təşkili, eyni zamanda kargüzarlığın aparılması sahəsində qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə olunmaqla “kağızsız hökumət”ə keçid prosesinin sürətləndirilməsi və rəqəmsal idarəçiliyin tətbiq edilməsi təmin edilib.

Ötən il ərzində Xidmət rəisi general-mayor Mürsəl İbrahimov tərəfindən Bakı şəhəri ilə yanaşı Sumqayıt, Şirvan, Lənkəran, Sabirabad, Tərtər, Tovuz, Göygöl, Qax, Ağsu, Naxçıvan, Mingəçevir və Xaçmaz şəhərlərində Xidmətin səlahiyyətinə aid müraciətlərin dinlənilməsi, müvafiq problemlərin həlli məqsədilə vətəndaş qəbulu keçirilib. 44 şəhid ailəsi, 72 müharibə veteranı olmaqla Xidmətin Aparatında 103, respublikanın bölgələrində 298 vətəndaş qəbul edilib. Həmçinin vətəndaşların müraciətlərinin çevik, obyektiv araşdırılması və cavablandırılması məqsədi ilə yaradılan “Çağrı Mərkəzi”nə ötən il ərzində 25 mindən artıq müraciət daxil olub.

Əvvəlki illərdə olduğu kimi 2025-ci ildə də xidməti fəaliyyətdə şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilib. Belə ki, əməkdaşların qeyri-qanuni hərəkətləri və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə 2025-ci il ərzində 172 əməkdaş barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb, o cümlədən 9 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb və ya əmək müqaviləsinə xitam verilib. Ümumilikdə ötən ildə 44 fakt üzrə 93 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Beynəlxalq əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi istiqamətində də müəyyən tədbirlər təşkil edilib. 2025-ci ildə Azərbaycanda səfərdə olan Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Memişin rəhbərlik etdiyi nümayəndə heyəti, həmçinin Özbəkistan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti Dövlət Xidmətini ziyarət edib, əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə fikir mübadiləsi aparılıb.

Hər zaman şəhid ailələrinə, müharibə veteranlarına, onların müraciətlərinə həssaslıqla yanaşan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu ənənəni bu gün də davam etdirir, əlamətdar günlərdə onları ziyarət edərək daim diqqətdə saxlayır. Xidmət tərəfindən Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canından keçən şəhidlərin övladları üçün 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir təşkil edilib. 

Dövlət Xidməti hərbi qulluqçularının və əməkdaşlarının inkişafına da böyük önəm verib. Bu məqsədlə 2025-ci il ərzində Xidmətin şəxsi heyəti üçün bir sıra təlim və məşğələlər, o cümlədən imtahan və attestasiya proqramları həyata keçirilib. Bununla da əməkdaşların və hərbi qulluqçuların inkişafı məqsədilə müxtəlif rotasiya və vəzifə artımları həyata keçirilib. Xidmətdə fərqlənən hərbi qulluqçulara növbəti hərbi rütbələr və medallar, mülki işçilərə isə fəxri fərman və medallar təqdim edilib. Həmçinin ötən ildə də 44 günlük Vətən müharibəsində iştirak edən veteranlar həqiqi hərbi xidmətə və işə qəbul edilib. 

2025-ci il ərzində Xidmətin maddi-texniki təminat bazasının yaxşılaşdırılması istiqamətində də işlər davam etdirilib. Belə ki, Xidmətin aparatında və yerli struktur bölmələrində işin səmərəliliyini artırmaq məqsədilə daha müasir kompüter və digər texniki avadanlıqlar alınıb. Həmçinin çağırışçıların və hərbi vəzifəlilərin daşınması məqsədilə Xidmətin avtoparkı yenilənərək avtobus və avtomobillər alınıb. 

Əsas amalı Vətənə sədaqət, insana qayğı, ən başlıcası isə milli-mənəvi dəyərlərə hörmət olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti bundan sonra da ümummilli liderimiz Heydər Əliyev ideyalarına sadiq qalacaq, Prezident Ali Baş Komandan cənab İlham Əliyevin etimadını doğruldacaq, qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi üçün var qüvvələri ilə çalışacaqlar.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://unikal.az
archiveBu xəbər 13 Fevral 2026 08:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see519

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see490

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see302

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see281

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see275

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see270

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see264

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see263

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see261

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see257

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see256

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see237

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see235

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see233

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see231

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see226

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see214

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see210

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see208

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri