Icma.az
close
up
RU
Si Cinpin Çin və Vyetnamı birgə mübarizəyə çağırıb

Si Cinpin Çin və Vyetnamı birgə mübarizəyə çağırıb

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin Çin və Vyetnamı hegemonizm, təktərəflilik və proteksionizmə qarşı birgə mübarizə aparmağa çağırıb.

525.az yerli mediaya istinadən xəbər verir ki, cənab Si bu fikirləri Vyetnamın baş naziri Fam Min Çinlə görüşündə səsləndirib.

Si Cinpin bildirib ki, Vyetnam Kommunist Partiyası və Vyetnam hökumətinin rəhbərliyi altında siyasi və sosial sabitlik, islahatlarda təsirli nailiyyətlər əldə olunub, ölkənin beynəlxalq statusu artıb, bu da Çini çox sevindirir. Hər iki tərəf milli dirçəlişin reallaşdırılması və milli inkişafın sürətləndirilməsi kimi tarixi missiyanı yerinə yetirir.

O, iki ölkəni müasirləşmə proseslərini təşviq etmək və xalqlara daha çox fayda gətirmək üçün icmalar arasında əlaqələri və hərtərəfli strateji əməkdaşlığı dərinləşdirməyə çağırıb:

“Çin və Vyetnam strateji koordinasiyanı gücləndirməli və ortaq gələcəyi olan Çin-Vyetnam icması qurmaq üçün siyasi təməli möhkəmləndirməlidir. Hər iki tərəf yüksək səviyyəli mübadilələri, strateji koordinasiyanı gücləndirməli, hegemonizm, təktərəflilik və proteksionizmə qarşı birgə mübarizə aparmalıdır”.

Cənab Si, həmçinin Çin və Vyetnamı beynəlxalq ədaləti və bərabərliyi birgə müdafiə etmək, Asiyada və onun hüdudlarından kənarda sülh, sabitlik, inkişaf və rifahı qorumaq üçün Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü həyata keçirməyə çağırıb. Əlavə edib ki, müasirləşmə yolunda iki ölkənin birgə irəliləyişinə etibarlı strateji dəstək vermək üçün yüksək keyfiyyətli inkişafı təşviq etməlidirlər.

“Çin və Vyetnam quru və dəniz əlaqəsi kimi coğrafi üstünlüklərindən tam istifadə etməli, inkişaf strategiyalarının koordinasiyasını gücləndirməli və sənaye əməkdaşlığının potensialını ortaya qoymalıdır. İki ölkə infrastrukturun inkişafı sahəsində əməkdaşlığı davamlı şəkildə artırmalı, əlaqəni yaxşılaşdırmalı və rahat ticarəti təmin etməlidir. Eyni zamanda, ticarət və investisiya kimi ənənəvi sahələrdə əməkdaşlığı genişləndirməli, 5G, süni intellekt, təmiz enerji və rəqəmsal iqtisadiyyat kimi sahələrdə əməkdaşlığı inkişaf etdirməlidir”, - Si Cinpin söyləyib.

Onun sözlərinə görə, Çin və Vyetnam çoxtərəfli ticarət sistemini möhkəm şəkildə dəstəkləməli və daha açıq, əhatəli, balanslı və hamı üçün faydalı olan iqtisadi qloballaşma üçün birgə səy göstərməlidirlər.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Aprel 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see598

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see537

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see381

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see286

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see285

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see262

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see259

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see251

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see250

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see249

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see225

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see222

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see222

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see219

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see217

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see216

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see216

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see214

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see213

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri