Icma.az
close
up
RU
Si Cinpin Donald Trampı necə qarşılamaq istəyir? KONKRET

Si Cinpin Donald Trampı necə qarşılamaq istəyir? KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“ABŞ Prezidenti Donald Tramp İrana qarşı müharibəni bitimək haqqında düşünür. Ancaq müharibənin bitirilməsi üçün tərəflər masa arxasında oturmalıdırlar. Bu isə indiki şərtlər altında mümkün deyil”.

KONKRET.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, ABŞ raket zərbələri ilə İranın uranı zənginləşdirmək imkanlarını məhdudlaşdırsa da, bu ölkədə hakimiyyət dəyişikliyinə nail olmayıb: “Bu əvvəldən də bəlliydi ki, yalnız hava zərbələri ilə hakimiyyət dəyişikliyinə nail olmaq çətindir”.

E.Şahinoğlunun fikrincə, Donald Tramp bu ayın sonunda Çinə səfərini İranla müharibəni başa çatdıra bilməcəyinə görə təxirə salıb: “Yeni xəbər isə bundan ibarətdir ki, ABŞ Prezidenti Çinə mayın 14-də səfər etməyi planlaşdırır. Bu o deməkdir ki, müharibə həmin tarixə qədər bitməlidir. Tramp Çinə həmin tarixdə müharibənin qalibi kimi getmək istəyir. Pekin bu müharibədə ABŞ-ın qələbəsini istəmir. Çin lideri Si Cinpin Donald Trampı Pekində qalib kimi qarşılamağın tərəfdarı deyil”.

Siyasi icmalçının sözlərinə görə, Çinlə yanaşı Hindistan da Yaxın Şərqdə gərginliyin qısa müddətdə bitməsini arzulayır. O xatırladıb ki, Pekin və Yeni Dehlinin bölgədə iqtisadi, enerji və nəqliyyat layihələri mövcuddur:

“Təsadüfi deyil ki, Hindistanın Baş naziri Narendra Modi mövcud vəziyyəti müzakirə etmək məqsədilə martın 24-də telefonla ABŞ Prezidenti Donald Trampla danışıb. Aydındır ki, Tramp gələcək planları barədə telefonla danışdığı liderlərə məlumat verməyəcək. Ancaq Trampla mütəmadi telefon danışıqları müxtəlif ölkələrin liderlərinə ona görə lazımdır ki, ABŞ Prezidenti müharibənin davam etdirilməsinin beynəlxalq aləm üçün mənfi nəticələrini anlasın. Müharibə fonunda Çin və Hindistan Rusiyadan ucuz neft alışını artırıblar. Bu iki dövlət Rusiya neftini alarkən, dollara alternativ valyutalarla ödəmə həyata keçirməyə çalışır”.

Politoloq bildirib ki, Çin ABŞ-dan fərqli olaraq müxtəlif bölgələrdə mövqeyini iqtisadi layihələr və yatırımlar vasitəsilə gücləndirməyə çalışıb. Ancaq ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi kampaniya Pekinin on illər ərzində diqqətlə qurduğu tarazlığı pozmaq təhlükəsi yaradıb:

“Yaxın Şərqin gələcəyi sual altındadır. Halbuki, Yaxın Şərq bölgəsi Çinin qlobal strategiyasının tərkib hissəsidir. Enerji təhlükəsizliyi Çinin regiondakı mövcudluğunun əsas hərəkətverici qüvvəsidir. Dünyanın ən böyük xam neft idxalçısı olan Çin Fars körfəzindən enerji təchizatından çox asılıdır. Səudiyyə Ərəbistanı, İran və İraq kimi ölkələr Çin iqtisadiyyatını dəstəkləyən əsas təchizatçılar arasındadır və bu da regional sabitliyi Pekinin uzunmüddətli enerji ehtiyacları üçün vacib edir. Eyni zamanda, Yaxın Şərq Asiyanı Avropa və Afrika ilə birləşdirən geniş infrastruktur və ticarət yolları şəbəkəsi qurmağa çalışan Pekinin “Bir Kəmər, Bir Yol” təşəbbüsündə mərkəzi yer tutur. Çin limanlara, enerji obyektlərinə və logistika dəhlizlərinə investisiyalar qoymaqla regionu daha geniş Avrasiya iqtisadi şəbəkəsinə inteqrasiya etməyi hədəfləyir”.

E.Şahinoğlu vurğulayıb ki, Pekin həmçinin son illərdə Yaxın Şərqdəki diplomatik rolunu gücləndirməyə çalışıb:

“Buna Çinin vasitəçiliyi ilə 2023-cü ildə Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik münasibətləri bərpasını misal göstərmək olar. Bu təşəbbüs Çinin ABŞ-ın dominantlıq etdiyi bir bölgədə etibarlı diplomatik aktyor və potensial olaraq alternativ vasitəçi kimi təqdim etmək ambisiyasını göstərib”.

Onun fikrincə, Çin üçün İran Yaxın Şərqdəki ən vacib geosiyasi qovşaqlardan birini təmsil edir. Siyasi icmalçı deyib ki, iqtisadi əlaqələrdən başqa, iki ölkə arasındakı münasibətlər Pekinin həyata keçirdiyi daha geniş geoiqtisadi və strateji məqsədlərlə bağlıdır:

“Enerji baxımından İran Çinin mühüm neft tədarükçüsü olaraq qalır. Son illərdə Tehrana tətbiq edilən beynəlxalq sanksiyalara baxmayaraq, iki ölkə arasında enerji əməliyyatları, çox vaxt dolayı ticarət mexanizmləri vasitəsilə davam edib. İranın coğrafi mövqeyi ona əhəmiyyətli strateji dəyər verir. Ölkə Orta Asiyanı, Fars körfəzini və Aralıq dənizinə aparan dəniz yollarını birləşdirən əsas ticarət dəhlizlərinin kəsişməsində yerləşir. Bu, İranı Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsü vasitəsilə təşviq etdiyi nəqliyyat şəbəkələri daxilində potensial olaraq vacib bir mərkəzə çevirir. Eyni zamanda, İran-Çin tərəfdaşlığı Pekinin Yaxın Şərqdəki varlığını iqtisadi və siyasi əməkdaşlıq vasitəsilə gücləndirmək üzrə uzunmüddətli strategiyasına uyğun gəlir. Buna görə də ABŞ və İsrailin İran qarşı müharibəni davam etdirmələri Pekinin qlobal strategiyası üçün ciddi çətinliklər yaradıb. Fars körfəzindəki qeyri-sabitlik Çinin Yaxın Şərqlə enerji və ticarət əlaqələrinə əhəmiyyətli dərəcədə təsir göstərib. Digər tərəfdən Çin münaqişənin həllinin kənarında qalıb. İranla sıx iqtisadi əlaqələrə baxmayaraq, Pekin özünü gərginliyin azaldılması üçün diplomatik çağırışlarla məhdudlaşdırıb. Çinin imicinə İrana satdığı hərbi texnikanın müharibə zamanı dağıdılması da təsir edib. ABŞ və İsrail Çinin İrana satdığı hava müdafiə sistemlərini məhv edib. Bu müdafiə sistemləri Venesuela səmasını da ABŞ təyyarələrinin və helikopterlərinin hücumlarından qoruya bilmədi. Buna baxmayaraq, müharibə bitdikdən sonra İranın daha çox hərbi texnikaya ehtiyacı olacaq və Tehran yenidən Moskva və Pekinə üz tutmaq məcburiyyətində qalacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://konkret.az
archiveBu xəbər 26 Mart 2026 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri