Icma.az
close
up
RU
Si Cinpin gələn həftə ABŞ yə dövlət səfəri edəcək

Si Cinpin gələn həftə ABŞ yə dövlət səfəri edəcək

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Çin Xalq Respublikasının Sədri Si Cinpin gələn həftə ABŞ-yə dövlət səfəri edəcək. Bu, Çin liderinin son on ildən artıq müddətdə ABŞ-yə ilk dövlət səfəri olacaq. Bu barədə “Associated Press” məlumat yayıb.

Vaşinqtonda Si Cinpini ABŞ Prezidenti Donald Trampla danışıqlar, Ağ Evdə rəsmi dövlət mərasimi və qəbul gözləyir. Səfər çərçivəsində tariflər, nadir torpaq elementlərinin tədarükü, süni intellekt və digər ticarət-iqtisadi məsələlərin müzakirəsi nəzərdə tutulur.

Məlumata görə, Si Cinpin çərşənbə günü ABŞ-yə yola düşəcək. ABŞ administrasiyasının nümayəndələrinin bildirdiyinə görə, Donald Tramp onu Vaşinqton yaxınlığındakı Endryus aviabazasında şəxsən qarşılayacaq.

Əsas tədbirlərin cümə axşamı keçirilməsi planlaşdırılır. Donald Tramp və birinci xanım Melaniya Tramp Ağ Evdə Si Cinpin və onun həyat yoldaşı Pen Liyuanı rəsmi qarşılanma mərasimində qəbul edəcəklər. Daha sonra prezidentlər Qızılgül bağında hərbi paradı izləyəcək və qapalı görüş keçirəcəklər.

Danışıqlar zamanı Donald Tramp və Si Cinpin ikitərəfli münasibətləri müzakirə edəcəklər. Eyni vaxtda Melaniya Tramp və Pen Liyuan ayrıca görüş keçirəcəklər. Axşam saatlarında Çin nümayəndə heyəti Ağ Evin Şərq otağında dövlət ziyafətində qəbul ediləcək.

Dövlət ziyafətinə ABŞ-nin aparıcı texnologiya şirkətlərinin rəhbərlərinin də dəvət olunduğu bildirilir. Onların arasında “Amazon”un təsisçisi Ceff Bezos, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask, “Google”un baş direktoru Sundar Piçay, “Dell Technologies”in rəhbəri Maykl Dell, “Nvidia”nın baş direktoru Censun Huanq və “OpenAI”ın rəhbəri Sem Altman var.

Cümə günü Si Cinpin və Pen Liyuan Donald və Melaniya Trampla çay süfrəsi arxasında görüşmək üçün yenidən Ağ Evə gedəcəklər. Daha sonra ABŞ Prezidenti Çin nümayəndə heyətinə Milli Arxivi gəzdirəcək. Ardınca Si Cinpin Endryus aviabazasına yola düşəcək.

Protokol tədbirləri ilə yanaşı, səfər çərçivəsində ABŞ-Çin ticarət və iqtisadi münasibətlərinin də müzakirə olunacağı bildirilir. ABŞ rəsmilərinin sözlərinə görə, Vaşinqton və Pekin strateji əhəmiyyət daşımayan müəyyən məhsullar üzrə tariflərin azaldılması ilə bağlı razılığa gələ bilərlər.

Bununla yanaşı, ABŞ-ın nadir torpaq elementlərinin dünya bazarına tədarükünə təsir edən ixrac məhdudiyyətlərini hazırda yumşaltmağı planlaşdırmadığı bildirilir. Çin bu sahədə mühüm mövqeyə malikdir. Nadir torpaq elementlərindən smartfonlardan hərbi texnikaya qədər müxtəlif məhsulların istehsalında istifadə olunur. Bu məsələ də danışıqların əsas mövzularından biri olacaq.

ABŞ və Çin arasında ayrıca ticarət-iqtisadi məsləhətləşmələrin bu həftəsonu Nyu-Yorkda keçirilməsi planlaşdırılır. ABŞ-nin maliyyə naziri Skott Bessent ÇXR Dövlət Şurasının sədr müavini He Lifenlə görüşəcək. Danışıqlarda ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir də iştirak edəcək. Görüşdə müzakirə olunacaq məsələlərdən birinin süni intellekt olacağı bildirilir.

Si Cinpinin ABŞ-yə son dövlət səfəri 2015-ci ilin sentyabrında, Barak Obamanın prezidentliyi dövründə baş tutub. Çin lideri bundan sonra ABŞ-yə digər formatlarda səfər edib və Donald Trampla müxtəlif görüşlər keçirib.

S.ELAY

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Sentyabr 2026 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see297

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see287

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see273

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see255

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see251

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see245

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see226

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see221

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see209

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see204

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see204

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see201

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see196

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see195

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see187

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see183

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see182

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see170

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see167

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri