Icma.az
close
up
RU
“Si Cinpin Trampın o təkliflərini qəbul etməyib. Buna əminəm...” Politoloq

“Si Cinpin Trampın o təkliflərini qəbul etməyib. Buna əminəm...” Politoloq

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Çinin Ukrayna münaqişəsində vasitəçiliyi Rusiyanın irəli sürdyü şərtlər əsasında ola bilər...” 

“ABŞ və Çin liderlərinin görüşündə təbii ki, ikitərəfli münasibətlər müzakirə olunub, çünki son vaxtlar iki dövlət arasındakı xüsusilə ticari-iqtisadi münasibətlərdə müəyyən gərginliklər baş verməkdədir. Bu da əsasən Amerika dövlətinin Çinə qarşı tətbiq etdiyi məlum sanksiyalarla bağlıdır. Bunun arxasında ABŞ-ın əsas məqsədi Çinin Rusiya ilə iqtisadi-ticari münasibətlərinin məhdudlaşdırılması, xüsusilə Çinin bundan sonra işğalçı dövlətə maliyyə dəstəyi verməkdən kənarda durması istəyidir. Əlbəttə, Çin Rusiyanın əsas neft ixracatçılarından biridir və Birləşmiş Ştatların məqsədi bu sahədə də Çin və Rusiya arasında elə bir durumun yaranmasıdır ki,  həmin durum onun maraqlarına cavab versin. Lakin Si Cinpin Trampın bununla bağlı təkliflərini qəbul etməyib. Mən buna əminəm.” 

Bu fikirləri politoloq Elşən Manafov Moderator.az-a açıqlamasında ABŞ Prezidenti Donald Trampın Çin lideri Si Cinpinlə Cənubi Koreyada baş tutmuş görüşünün nəticələrini şərh edərkən ifadə edib.  

“Digər tərəfdən, Çin dəfələrlə Ukrayna münaqişəsinin sülh yoluyla həllində vasitəçi olmağa hazır olduğunu bəyan edib. Çinin vasitəçiliyi bütün hallarda Rusiyanın sözügedən problemin həlli istiqamətində irəli sürdyü şərtlər əsasında ola bilər. Və çox maraqlıdır ki, Çin rəhbərliyi bəyan edib ki, o, münaqişəni doğuran səbəblərlə bağlı Rusiyanın mövqeyini anlayır və buna hörmət və sayğı ilə yanaşır. Yəni rəsmi Pekin  Rusiyanın məlum münaqişə ilə bağlı baxışları və mövqeyinə deməzdim ki, elə Rusiyanın maraqlarından yanaşır. Amma hər halda Çinin Ukrayna münaqişəsi ilə bağlı mövqeyi Avropa və ABŞ-ın mövqeyindən xeyli dərəcədə fərqlənir. Bu da onun göstəricisidr ki, əslində Si Cinpin iqtidarı dolayısıyla münaqişənin uzanmasında maraqlıdır. Çünki bu münaqişə əslində Rusiyanın Avropa Biriyi və ABŞ-la qarşıdurmasıdır. Və təbii ki,  bu qarşıdurma Avropa Birliyinin diqqətinin daha çox Ukrayna və Rusiyaya yönəlməsinə səbəb olur”, - deyə davamında siyasi şərhçi diqqətə çatdırıb. 

“Rusiyaya qarşı tətbiq edilən sanksiyalar bu ölkənin müəyyən mənada gücdən salınmasına hesablanıb. Hərcənd, artıq illərdir ki, bu sanksiyalar özünü doğrultmur.  Lakin bununla belə, geostrateji anlamda Çin gözəl başa düşür ki,  Rusiya bu gün Qlobal Dünya Düzənində onun əsas müttəfiqidir. Yəni Birləşmiş Ştatların əsas məqsədi məhz Çini vurub sıradan çıxarmaqdır. Ona görə ki, iqtisadi kontekstdə ABŞ-ın əsas rəqibi Çindir. Və Rusiyasız Çin hərbi qarşıdurmada Amerika ilə məlum problemin həlli istiqamətində ciddi imkanlara malik deyil. Ona görə də Çin sadəcə olaraq özünün ən azı geo-siyasi və geo-iqtisadi maraqlarına görə Rusiyanı müdafiə etməyə məhkumdur”, - deyə politoloq yekunlaşdırıb.

Sultan Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Oktyabr 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see516

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see214

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see213

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see212

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see200

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see194

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see187

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see160

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see152

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri