Icma.az
close
up
RU
Siam əkizləri rusun ayağı, ukraynalının başı...

Siam əkizləri rusun ayağı, ukraynalının başı...

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukraynalılar Rusiyadan və ruslardan ayrılmağı aşırı millətçilik duyğuları ilə aparırdılar ki, bu da onlarda bir gərəksiz milli təkəbbür yaratmışdı, etnik ukraynalılar az qala “ali irq” kimi təbliğ edilirdi...

Ukrayna müharibəsinin davam etdiyi üç ildə Rusiya ideoloji olaraq çox dəyişib. Bu isə heç də müharibənin gətirdiyi fəlakətlərin nəticəsi deyil. Əlbəttə, fərdi olaraq on minlərlə ailə bu müharibənin ağrısını üzərində hiss etməkdədir. Analar oğul, qadınlar ər, uşaqlar ata itiriblər. Mövzu bir az fərqlidir.

Rusiya cəmiyyəti baş verənlərin fərqindədir- Ukraynadakı qardaş qırğının, slavyanların bir-birinin qanına susamasının dərin psixoloji sarsıntıları müharibə dayandıqdan sonra da hələ uzun müddət davam edəcək, buna zəlzələdən sonrakı “avtoşoklar” da demək olar. 

Dəyişiklik dedikdə öncə Rusiya hakimiyyətinin davranışlarındakı dövlətdə mühafizəkarlığı gücləndirməsi xətti diqqət çəkir. Ruslar “я”(mən) deməyi o qədər də sevmirlər, “мы”(biz) isə onlarda genetik koddur, xüsusilə 80-cı ilini qeyd etməyə hazırlaşdıqları İkinci Dünya müharibəsi konteksində “мы победили”(“biz qalib gəldik”) siyasəti daha qabarıq görünməkdədir. Doğrudur, Rusiya hakimiyyətinin ayrı-ayrı nümayəndələri, xüsusilə prezident Putin çoxmillətli dövlət vurğusunu bu aylar ərzində dəfələrlə təkrar edib, amma rus şovinizmi və “pусские своих не бросают” ideoloji xətti bu siyasətin önündə gedir. Rusiya 90-cı illərdə millətçi-faşist “başıqırxıqlar”(skinhedlər) dövrünü keçib. İndi nə o zaman var, nə keçmişə dönən Rusiya. Amma şərtlər həm də indiki siyasəti diktə edir.

Aydındır ki, rus cəmiyyətini ayıq yox, ayaqda saxlamaq üçün müharibənin ilk ilyarımında Rusiya hakimiyyəti ciddi çətinliklərlə üzləşdi, elitadakı etirazların cəmiyyətin aşağı təbəqəsinə də sirayət etməsinin qarşısını almaq, sanksiyalarla üzləşmiş dövləti “yeni rejimə kökləmək” lazım gəldi. Əlbəttə, o da etiraf edilməlidir ki, Rusiya iqtisadiyyatının vaxtında doğru istiqamətdə qurulması sayəsində dövlət çökmədi, necə deyərlər, dövlət qarınla imtahana çəkilmədi. “Priqojin qiyamı” bu etirazçı osminoqun hərbi ayağı idi, onun qarşısını aldılar, fürsət yaranan kimi isə dərhal dibindən kəsdilər. Cəmiyyəti isə bu cür sərt metodlarla “ram etmək” mümkün deyil. O halda, Rusiya hakimiyyəti əsrlərin sınağından keçmiş rus cəmiyyətinin “sarı sim”inə toxunmağa, rusların “bizi dövlət olaraq məhv etmək istəyirlər mozolu”na daha sərt basmağa başladı. Milli ruhda təbliğatını gücləndirdi, daxili resursları Rusiyanın yaranış tarixindən tutmuş bugününə kimi serial sənədli filmlərin yayılmasına, Ukrayna müharibəsində rus əsgərlərin, komandirlərin qəhrəmanlıq hekayələrinə yönəltdi. 

Haşiyə çıxaraq deyim ki, Ukraynada da buna bənzər proses getdiyi haqda hələ müharibədən əvvəl danışırdılar. Ukraynalılar Rusiyadan və ruslardan ayrılmağı, nəhayət ki, Moskvanın sərt baxışları olmadan yaşamaq istəklərini aşırı millətçilik duyğuları ilə aparırdılar. Bu da onlarda bir gərəksiz milli təkəbbür yaratmışdı, etnik ukraynalılar az qala “ali irq” kimi təbliğ edilirdi, başqa millətlərə ənənəvi isti münasibət dəyişirdi. Rusiya müharibənin başlamasına səbəbi kimi “denasifikasiya” dediyi bu idi...

Qayıdaq Rusiyaya. Müharibə başlayandan ölkədə “təmizləmə”aparılır. Bəzi ziyalıları öz müəllif proqramlarında(məsələn, Nikita Mixalkovun “Besoqon”una baxın) “pis rus, yaxşı rus”, “vətənpərvər, xain” təftişini aparırlar. 

Dövlət Duması və digər qanunverici orqanlar Rusiyanı miqrantlardan təmizləməyə tam güc verib. “Crocus City”dəki terrordan sonra miqrantlarla bağlı sərtləşən qanunlar əslində “Rusiya biz(“мы”)im evimizdir” projesinin icrasıdır. Hər dövlət içərisində qanunlarını tənzimləməkdə sərbəstdir. Amma fikir verin- Rusiya acınacaqlı demoqrafik problemlərə rəğmən ilk olaraq qadınlarla kənar millətlərin izdivacını nəzarətə aldı. Heç kim demir ki, bu məsələdə fırıldaq yox idi, qeydiyyat üçün 70 yaşlı “babulya” ilə “evlənən”gənc vardı, amma yeni qanun yasaqları təkcə bu halların qarşısını almağa yönəlməyib. Eləcə də rus dili ilə bağlə şərtlərin ağırlaşması da bu qəbildəndir. İndi miqrantların övladları məktəbə qəbul olunmaq üçün rus dili imtahanında 90% düzgün cavab verməlidirlər! Rus dili Rusiyanın imperiya siyasətində ideoloji silah kimi işlədilib. Yaşadığın dövlətin dilini öyrənmək lazımdır. Amma görünən odir ki, yeni yasaq və qərarlar təkcə ruslaşma siyasətinə xidmət etmir. Miqrantların uşaqları üçün bu məhdudiyyət həm də əcnəbilərin ailələri ilə birlikdə Rusiyaya köçməsinə qarşı yönəlmiş addımdır. İyunun 30-dan etibarən isə Rusiyaya daxil olmağı planlaşdıran vizasız ölkələrin, o cümlədən Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin vətəndaşlarından 72 saat əvvəl, fövqəladə hallarda isə 4 saatdan gec olmayaraq məlumat vermələri tələb olunacaq. Tətbiq vasitəsilə ərizə təqdim etdikdən sonra Rusiya ərazisin daxil olmamışdan əvvəl bu ölkənin müvafiq orqanları vətəndaşın məlumatlarını yoxlayacaq. Vətəndaşın girişinə icazə verilərsə, o, sərhədçiyə təqdim etməli olduğu müvafiq kod alacaq və sərhədçi onu içəri buraxıb-buraxmamağa qərar verəcək. Bu kod olmadan əcnəbilər Rusiyaya buraxılmayacaq.

Bəs ruslar həm də müharibənin səbəb olduğu demoqrafik böhranla, iş yerləri, işçi qüvvəsi boşluqları ilə necə bacaracaq? Hələ ki “Hər şey qələbə üçün!” Sonrası?

Nazim SABİROĞLU,
Musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 10 Aprel 2025 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see353

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see314

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see278

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see272

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see270

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see254

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see254

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see251

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see238

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see236

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see228

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see224

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see222

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see221

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see214

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see212

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see210

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see210

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see188

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri