Sibel Canın sevgilisi ev dustaqlığına buraxıldı
Icma.az bildirir, Axsham.az portalına istinadən.
Çirkli pulların yuyulması ilə bağlı istintaq çərçivəsində oktyabrın 21-də həbs edilən Emir Sarıgül ev dustaqlığı şərti ilə azadlığa buraxılıb.
Axşam.az xəbər verir ki, Erzincan millət vəkili Mustafa Sarıgülün oğlu Emir Sarıgül oktyabrın 30-da istintaqa əlavə ifadə verib. O, ifadəsində atasının Yeni Partiyanın sədri Özelə 350 min dollar verdiyini iddia edib. Özel isə bu iddiaya sərt reaksiya göstərərək məhkəməyə müraciət edəcəyini bildirib.
Bundan sonra məhkəmə Emir Sarıgülün ev dustaqlığına buraxılması barədə qərar qəbul edib.
Qeyd edək ki, istintaq iki Almaniya vətəndaşının şikayəti əsasında başlayıb. Şikayətçilər şirkətlər vasitəsilə böyük məbləğdə mənşəyi məlum olmayan pulların yuyulduğunu və bu prosesdə təhdid edildiklərini iddia ediblər. Onların müraciətində 80 milyon avroluq müqavilə, 100 milyon avroluq pul köçürməsi, 1 milyard avroluq vəsaitin xaricə çıxarılması və 1,5 milyon avroluq yaxta satışı ilə bağlı iddialar yer alıb.
Oktyabrın 16-dan davam edən istintaq çərçivəsində indiyədək 28 nəfər həbs edilib. Emir Sarıgülün azadlığa buraxılmasından sonra həbsdə olan şübhəlilərin sayı 27-yə düşüb.
Onu da qeyd edək ki, Emir Sarıgül türkiyəli müğənni Sibel Canla bağlı evlilik xəbərləri ilə gündəmə gəlib. Onların bir ay əvvəl nikah masasına əyləşəyi deyilirdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 05 Noyabr 2026 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















