Siçan şəhərin yarısını işıqsız qoydu, uşaqlar şeytan çarxı nda qaldı
Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Buryatiya Respublikasının paytaxtı Ulan-Ude şəhərində siçan səbəbindən şəhərin bir hissəsi işıqsız qalıb və əyləncə parkında yerləşən nəhəng dönmə çarxının fəaliyyətinin dayanmasına səbəb olub.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya KİV-ləri yazıb.
Hadisə elektrik qurğusunun bölmə açarına siçanın daxil olması nəticəsində baş verən qısaqapanma ilə əlaqəlidir. Bu səbəbdən 12 saylı paylayıcı məntəqədə enerji təchizatı pozulub.
Fövqəladə hadisə yerinə elektrik mütəxəssisləri cəlb olunub və enerji təchizatı qısa müddətdə bərpa edilib.
Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Kadrlarda təxminən on nəfərin "şeytan çarxı"nı əl ilə fırladaraq içəridə qalan ziyarətçiləri xilas etməyə çalışdığı görünür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 21 Aprel 2025 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















