Siçan təyyarənin qanadında uçdu VİDEO
Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Meksikadan havaya qalxan mülki təyyarənin göyərtəsində çəkilmiş maraqlı video qısa zamanda internetdə sürətlə yayılmağa başlayıb. Videolarda təyyarənin qanadından siçanın bərk-bərk yapışdığı əks olunub.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, həm gülməli, həm də dramatik görünən bu görüntülər internet istifadəçiləri arasında geniş müzakirə yaradıb.
Bəzi insanlar siçana görə narahat olduqlarını bildirərək ona rəğbət göstəriblər, digərləri isə “pulsuz uçuş”, “ekstremal turizm” və “qaçaq sərnişin” barədə zarafatlar etməyə başlayıblar.
Hadisə nə qədər gülməli görünsə də, aviasiya təhlükəsizliyi üzrə mütəxəssislər belə halların ciddi qiymətləndirilməli olduğunu bildirirlər. Təyyarənin içərisində və ya xarici hissələrində kiçik gəmiricilərin olması texniki xidmət komandaları üçün böyük risk hesab edilir.
Təhlükə ondadır ki, gəmiricilər mürəkkəb elektrik naqillərini dişləyə, izolyasiyanı zədələyə və ya mühüm naviqasiya sensorlarına zərər verə bilərlər. Bu isə birbaşa uçuş təhlükəsizliyinə və insanların həyatına risk yarada bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 03 İyun 2026 19:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















