Şiddət qurbanı olan hər 5 nəfərdən biri uşaqdır Bir ildə 121 uşaq öldürülüb
Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
Türkiyədə 2025-ci ildə mətbuata əks olunan 2 289 zorakılıq hadisəsində 441 uşaq zərər çəkib, onlardan 121-i həyatını itirib. Beləliklə, zorakılıq qurbanlarının 19,3 faizini, yəni təxminən hər beş nəfərdən birini uşaqlar təşkil edib.
Sherg.az xəbər verir ki, bu məlumatlar İstanbul Kültür Universitetinin Ədalət və Cinayət Psixologiyası Laboratoriyasının (ASLAB) 20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Günü münasibətilə açıqladığı “Türkiyə Şiddət Xəritəsi” araşdırmasında yer alıb.
Universitetin açıqlamasına görə, əvvəlki tədqiqatda 1 302 hadisə araşdırılıb və 0-17 yaş aralığında 152 uşaq zərərçəkmiş kimi qeydə alınıb. Onlardan 62-si həyatını itirib. 2025-ci il üzrə araşdırmada isə uşaqların yaş həddi 0-18 olaraq müəyyənləşdirilib.
Araşdırma milli və yerli mətbuatda dərc olunan qətl, xəsarət yetirmə və cinsi cinayətlərlə bağlı xəbərlər əsasında hazırlanıb. Universitet xüsusilə vurğulayıb ki, bu məlumatlar rəsmi cinayət statistikası deyil və yalnız mediada işıqlandırılan hadisələri əhatə edir.
Uşaqlar arasında zorakılığın qurbanlarının sayı artıb
Araşdırmanın nəticələrinə əsasən, uşaqların bütün zorakılıq qurbanları arasındakı payı 2024-cü ildəki 11,6 faizdən 2025-ci ildə 19,3 faizə yüksəlib. Həyatını itirən uşaqların sayı 62-dən 121-ə, xəsarət alanların sayı isə 79-dan 291-ə çatıb.
2025-ci ildə 29 uşaq cinsi zorakılığa məruz qalıb. 2024-cü il üzrə bu kateqoriyada məlumat təqdim edilməyib.
Qeyd olunur ki, iki ilin nəticələrini müqayisə edərkən araşdırılan hadisələrin sayının 1 302-dən 2 289-a yüksəldiyini və uşaqlar üçün yaş həddinin 0-17-dən 0-18-ə dəyişdirildiyini nəzərə almaq lazımdır.
Məlumatlara görə, uşaqlara qarşı zorakılıq əsasən xəsarət yetirmə formasında baş verir. 2025-ci ildə zərərçəkən uşaqların 66 faizi xəsarət alıb.
Araşdırmada diqqət çəkən digər məqam cinsi cinayətlərin uşaqlara böyüklərlə müqayisədə daha çox təsir etməsidir. Belə ki, uşaqlar arasında zərərçəkənlərin 6,6 faizi cinsi cinayətlərin qurbanı olub. 19-59 yaşlı yetkinlərdə isə bu göstərici 2,1 faiz təşkil edib.
Uşaq qətllərində odlu silah təhlükəsi
Hesabatlarda uşaqların qətlə yetirilməsində odlu silahların geniş istifadə olunduğu da qeyd edilir. 2024-cü ildə həyatını itirən 62 uşaqdan 24-ü odlu silahla, 19-u isə bıçaq kimi kəsici alətlərlə öldürülüb.
Araşdırmanın digər narahatedici nəticəsi isə bəzi hallarda təhlükənin uşaqların öz ailələrindən qaynaqlanmasıdır. Belə ki, 2024-cü ildə öldürülən 62 uşaqdan 21-nin qətlində birinci dərəcəli ailə üzvləri şübhəli və ya təqsirkar kimi göstərilib.
“Uşaqlara qarşı zorakılıq küçəyə və məktəb ətrafına da daşınır”
İstanbul Kültür Universitetinin Psixologiya kafedrasının müdiri və ASLAB-ın direktoru dosent Ayhan Erbay hesabatın nəticələrini şərh edərkən bildirib ki, uşaqlara qarşı zorakılıq artıq yalnız ailə daxilində deyil, küçələrdə və məktəb ətrafında da baş verir.
Onun sözlərinə görə, məktəbdən uzaqlaşan, diqqətdən kənarda qalan və nəzarətsiz böyüyən uşaqlar həm zorakılığın qurbanına çevrilmək, həm də zorakılıq törətmək riski ilə üzləşirlər.
Erbay 20 Noyabr tarixinin belə uşaqların problemlərini görünən etmək baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
“Fərdi silahlanmaya ciddi nəzarət edilməlidir”
Dosent Ayhan Erbay uşaqları zorakılıqdan qorumaq üçün bir sıra tədbirlərin görülməsini təklif edib. O bildirib ki, ailədaxili zorakılığın şahidi olan və ya bu zorakılığın qurbanına çevrilən uşaqlar 1-3 günlük qısamüddətli müdafiə altına alınmalı, onların yaşayış və psixoloji dəstəklə təmin olunmasına diqqət yetirilməlidir.
Erbay, həmçinin məktəbdən kənarda qalan uşaqların işlədikləri müəssisələrdə istismara məruz qalıb-qalmadıqlarının yoxlanılmasının vacibliyini qeyd edib.
Onun fikrincə, fərdi silahlanmaya ciddi nəzarət də əsas məsələlərdən biridir. Çünki odlu silah uşaqların qətlə yetirilməsində ən çox istifadə olunan vasitələr sırasındadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 24 Noyabr 2026 19:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















