Icma.az
close
up
RU
“Sığorta Agentləri və Vasitəçiləri Forumu” keçirilib

“Sığorta Agentləri və Vasitəçiləri Forumu” keçirilib

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Azərbaycanda sığorta agentləri və vasitəçilərinə həsr olunmuş forum təşkil olunub.

Azərbaycan Respublikasının Mərkəzi Bankının strateji dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində “Sığorta Agentləri və Vasitəçiləri Forumu” keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, sığorta və bank sektorunun təmsilçiləri, habelə sığorta agentləri və broker şirkətlərinin nümayəndələri iştirak ediblər.

XQ xəbər verir ki, forumda ASA-nın icraçı direktoru Elmar Mirsalayev və Azərbaycan Mərkəzi Bankının baş direktoru Vüsal Qurbanov açılış nitqi ilə çıxış ediblər.  Forumun spikerləri sırasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, millət vəkili Azər Badamov, Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova, İcbari Sığorta Bürosunun icraçı direktoru Vüsal Məsiyev və Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov da olub.

Forum çərçivəsində Azərbaycan Mərkəzi Bankının Sığorta fəaliyyətinin tənzimlənməsi departamentinin direktoru Pənah Bənnayev tərəfindən “Sığorta vasitəçilərinin fəaliyyətinə dair tənzimləyici əsaslar və nəzərdə tutulan addımlar” mövzusunda məlumatlandırıcı sessiya keçirilib.

Daha sonra sığorta şirkətlərinin rəhbərləri, sığorta agentləri və vasitəçilərinin iştirakı ilə “Sığorta şirkətlərinin agent və vasitəçilərlə iş siyasəti və yeni çağırışlar” və “Sığorta agentləri və vasitəçiləri: mövcud vəziyyət, təkliflər və gözləntilər” mövzularında panel müzakirələri təşkil edilib.

Forum çərçivəsində beynəlxalq təcrübəyə də yer ayrılıb. Türkiyə Sığorta Birliyinin İdarə Heyətinin sədr müavini Ahmet Yaşarın “Sığorta agentlərinin və vasitəçilərinin fəaliyyətinin tənzimlənməsində Türkiyə təcrübəsi” və Qazaxıstan Sığortaçılar Assosiasiyasının İdarə Heyətinin sədri Vitaliy Veryovkinin “Qazaxıstan təcrübəsində sığorta agentləri və vasitəçiləri ilə iş” mövzularında videotəqdimatları nümayiş olunub.

Forumun keçirilməsində əsas məqsəd ölkədə fəaliyyət göstərən sığorta vasitəçilərinin fəaliyyətinin stimullaşdırılması, bu sahədə mövcud çətinliklərin müzakirəsi və onların aradan qaldırılması üçün mümkün həll yollarının müəyyənləşdirilməsi olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Dekabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see415

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see278

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see277

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see275

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see261

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see257

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see243

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see237

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see234

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see212

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see202

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see197

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see196

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see192

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see191

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see191

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see183

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see168

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see168

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri