“Sığorta haqqını hesabla” Video
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İcbari Sığorta Bürosu (İSB) tərəfindən www.isb.az internet səhifəsində istifadəyə verilmiş “Sığorta haqqını hesabla” rəqəmsal funksionallığından istifadə qaydasını izah edən video-təlimat hazırlanıb.
Video-təlimatda vətəndaşların avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqını onlayn qaydada necə hesablaya biləcəyi mərhələli şəkildə göstərilir. Təlimat yeni funksionallıqdan istifadə prosesini qısa və aydın şəkildə izah edir.
Qeyd edək ki, vətəndaşlar mülkiyyətində olan və ya digər qanuni əsaslarla istifadə etdikləri nəqliyyat vasitələri üzrə sığorta haqqını hesablamaq üçün www.isb.az internet səhifəsindəki Şəxsi Kabinetə myGov ID, SİMA İmza, ASAN İmza və ya e-imza vasitəsilə daxil ola bilərlər.
Daha sonra nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı və qeydiyyat şəhadətnaməsinin nömrəsi daxil edilir. Hesablama üçün zəruri məlumatlar aidiyyəti informasiya sistemlərindən avtomatik əldə edilir.
Hesablama nəticəsində istifadəçiyə sığorta haqqının yekun məbləği ilə yanaşı, həmin məbləğin formalaşmasına təsir edən əsas göstəricilər barədə də məlumat təqdim olunur.
“Sığorta haqqını hesabla” xidmətindən istifadə qaydası ilə bağlı video-təlimatla tanış ola bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 09 Oktyabr 2026 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















