Sığorta şirkətləri 6 ayda 867 milyon manat topladı
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti tərəfindən 867,396 milyon manat sığorta haqqı toplanılıb.
Milli.Az-ın Azərbaycan Mərkəzi Bankının məlumatlarına istinadən verdiyi xəbərə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlərin ümumi həcmi isə 549,682 milyon manat təşkil edib. Bu da illik müqayisədə 27,2 faiz artım deməkdir.
Beləliklə, ilin ilk 6 ayında sığorta bazarında toplanan hər 100 manat sığorta haqqının 63,4 manatı ödənişlərə yönəlib. Ötən ilin müvafiq dövründə bu rəqəm 52,9 manat olub.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:Sığorta şirkətləri ödənişlərdən 600,5 milyon manat çox sığorta haqqı topladılar
28 Yanvar 2025 16:39
Sığorta şirkətləri 7 ayda 938 milyon manat yığıblar Tam siyahı
28 Avqust 2025 16:46
10 ayda yığımları 50 milyon manatı ötən sığorta şirkətləri
05 Dekabr 2025 10:25
Məhkəmələrdə çəkişən sığorta şirkətləri SİYAHI
01 Aprel 2025 14:40
Sığorta şirkətləri ödənişləri niyə etmirlər?
20 Fevral 2026 12:25
Baxış sayı:197
Bu xəbər 28 İyul 2026 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















