“Sığorta şirkətləri şikayət edirlər ki, bəzən fırıldaqçı 2 insan əvvəlcədən sövdələşərək qəsdən qəza situasiyası yaradırlar”
Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov deyir ki, qanunvericilikdə gecikməyə görə cərimə mexanizmi açıq şəkildə nəzərdə tutulub, sadəcə sürücülər bunu tələb etmirlər. Onun fikrincə, əgər sürücülər dəbbə pulunu tələb etsələr, sığorta şirkətləri ödənişi gecikdirməkdə maraqlı olmayacaqlar.
Vüsal Bədəlov həmçinin təklif edir ki, sığorta şirkətlərinə inamı artırmaq üçün qanunvericilikdə dəyişiklik edilsin və gecikmiş ödənişlər üzrə dəbbə pulu 5-10% səviyyəsində artırılsın.
Sığorta ödənişlərinin gecikməsinə görə sürücülər öz haqlarını tələb etməlidirmi?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, şəxsi sığorta şirkətinin cavabı qane etməsə, şikayətini İcbari Sığorta Bürosuna bildirə bilər.
Eldəniz Cəfərov
“Sığorta şirkəti gecikmənin səbəbini zərərçəkmiş şəxsə birbaşa bildirməlidir. Əgər bu cavab qane etmirsə, şəxs yazılı formada cavab tələb edə və İcbari Sığorta Bürosuna şikayətini yönləndirə bilər.
Amma bu o demək deyil ki, həmişə sürücülər haqlı, yaxud sığorta şirkəti həmişə burda haqsız tərəf olur. Bu araşdırma tələb edir-konkret situasiyalar var və vəziyyətə uyğun məsələ dəyişə bilir. Məsələn, sığorta şirkətləri şikayət edirlər ki, bəzən fırıldaqçı, kələkbaz iki insan əvvəlcədən sövdələşərək qəsdən qəza situasiyası yaradırlar və bir ildə bir neçə dəfə zərərin ödənilməsini tələb edirlər. Belə olan halda əlbəttə ki, sığorta şirkətləri artıq məcbur olurlar ki, araşdırma aparsınlar, bu da müəyyən qədər vaxt tələb edir”-deyə Eldəniz Cəfərov qeyd edib.
Günel Həsənova, Bizimyol.info
Baxış sayı:67
Bu xəbər 28 Yanvar 2026 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















