Sığorta yığımlarının 70% ə yaxını bir şirkətin payına düşüb
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu ilin ilk 3 ayı ərzində ölkədə fəaliyyət göstərən 16 sığorta şirkəti tərəfindən yığılan 399,1 milyon manat məbləğində sığorta haqqının yarıdan çoxunu – 69,3%-ni “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətləri toplayıb.
Yeniavaz.com Mərkəzi Bankdan açıqlanan məlumatlara istinadən bildirir ki, “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətlərinin topladığı sığorta haqqı 276,7 milyon manat olub.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə, “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətləri 259,5 milyon manat sığorta haqqı toplayıblar və bu, ümumi sığorta yığımlarının 69,5%-ni təşkil edib.
Bu ilin ilk 3 ayında ən çox sığorta haqqı toplayanların ilk beşliyini 42,4 milyon manatlıq yığımla “Atəşgah Həyat Sığorta” və “Atəşgah Sığorta”, 31,7 milyon manatlıq yığımla “Qala Sığorta” və “Qala Həyat Sığorta”, 8,8 milyon manatlıq yığımla “Aqrar Sığorta” ASC, 8,6 milyon manatlıq yığımla “Azərbaycan Sənaye Sığorta” ASC şirkətləri tamamlayır.
Ən az sığorta haqqı toplayan şirkətlər isə 482 min manatlıq yığımla “İpək Yolu Sığorta” ASC və 1,9 milyon manatlıq yığımla “AzSığorta” ASC şirkətləri olub.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Sığorta yığımlarının 70% i bir şirkətin payına düşüb Tam siyahı
27 Oktyabr 2025 12:33
Sığorta yığımlarının 69 faizi bir şirkətin payına düşüb
24 Dekabr 2025 12:06
Azərbaycanda sığorta yığımlarının 93%i 5 şirkətin payına düşüb
24 Dekabr 2024 16:30
Azərbaycanda sığorta yığımlarının 85% dən çoxu 2 şirkətin payına düşüb
25 May 2026 10:24
Sığorta yığımlarının 84% i iki şirkətin payına düşüb Tam siyahı
28 İyul 2026 17:53
Baxış sayı:148
Bu xəbər 25 Aprel 2025 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















