Sığorta yığımlarının 70% dən çoxu bir şirkətin payına düşüb
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu ilin yanvar-sentyabr aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən ümumilikdə 1 milyard 248,5 milyon manat məbləğində sığorta haqqı yığılıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, yığılan sığorta haqqının ən böyük hissəsi “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətlərinin payına düşüb.
Bu şirkətlər birlikdə təxminən 877,3 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümum sığorta yığmlarının 70,3%-nə bərabər olub.
Sığorta bazarında növbəti ən böyük pay sahibi “Atəşgah Həyat” və “Atəşgah Sığorta” şirkətləri olub. Bu şirkətlər göstərilən dövr ərzində 152,8 milyon manat sığorta haqqı toplayıb.
Bu ilin yanvar-sentyabr aylarında sığorta şirkətləri tərəfindən yığılan sığorta haqları belə olub:
“Paşa Həyat Sığorta” – 568,4 milyon manat;
“Paşa Sığorta” – 308,9 milyon manat;
“Atəşgah Həyat” – 83,6 milyon manat;
“Atəşgah Sığorta” – 69,2 milyon manat;
“Qala Sığorta” – 52,6 milyon manat;
“Meqa Sığorta” – 27,3 milyon manat;
“Azərbaycan Sənaye Sığorta” – 19,8 milyon manat;
“Meqa Həyat Sığorta” – 22,8 milyon manat
“Xalq Sığorta” – 22,1 milyon manat;
“Qala Həyat Sığorta” – 20,1 milyon manat;
“Aqrar Sığorta” – 20,5 milyon manat;
“Xalq Həyat Sığorta” – 9,7 milyon manat;
“A-Qroup Sığorta” – 11,2 milyon manat;
“İpək Yolu Sığorta” – 6,6 milyon manat;
“AzSığorta” – 5,9 milyon manat.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Sığorta yığımlarının 70% ə yaxını bir şirkətin payına düşüb
25 Aprel 2025 13:01
Azərbaycanda sığorta yığımlarının 85% dən çoxu 2 şirkətin payına düşüb
25 May 2026 10:24
Sığorta yığımlarının 70% i bir şirkətin payına düşüb Tam siyahı
27 Oktyabr 2025 12:33
Sığorta yığımlarının 69 faizi bir şirkətin payına düşüb
24 Dekabr 2025 12:06
Azərbaycanda sığorta yığımlarının 93%i 5 şirkətin payına düşüb
24 Dekabr 2024 16:30
Baxış sayı:105
Bu xəbər 26 Oktyabr 2026 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















