Icma.az
close
up
RU
Sığortanın tədrisi niyə vacibdir?

Sığortanın tədrisi niyə vacibdir?

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Sığorta barədə yanlış təsəvvürlər və məlumat azlığı insanları çox zaman ucuz qiymətə aldanmağa və yanlış seçimlər etməyə aparır. Riskləri düzgün anlamaq və onları idarə etməyi bilmək isə həm maliyyə təhlükəsizliyi, həm də gündəlik qərarlar üçün həlledici rol oynayır. Bu müsahibədə İlahə Ümidli ilə sığortanın tədrisinin əhəmiyyətini və bu biliklərin insan həyatında hansı boşluqları doldurduğundan danışırıq.

- İlahə xanım, sığortanın məktəblərdə və universitetlərdə öyrədilməsi niyə vacibdir? Əhali üçün bunun əsas faydası nədir?

- Sığortanın məktəblərdə və universitetlərdə öyrədilməsi çox vacibdir, çünki bu, insanlara riskləri anlamaq və onları idarə etmək bacarığı qazandırır. Müəllim kimi deyə bilərəm ki, tələbələrə bu bilikləri erkən öyrətmək onların maliyyə savadlılığını artırır və gələcəkdə daha düşünülmüş qərarlar vermələrinə imkan yaradır. Həm də nəzərə alaq ki, sığortanı öyrənən sadəcə auditoriyadakı öyrəncilər deyil, həm də həin öyrəncilərin ailəsi və ətrafıdır.

Tədqiqatçı kimi isə bildirə bilərəm ki, elmi araşdırmalar göstərir ki, insanlar sığortanı düzgün anlamadıqlarına görə ucuz qiymətə aldanaraq səhv sığorta şirkəti seçirlər. Tədris bu boşluğu aradan qaldırır və əhalinin risk mədəniyyətini inkişaf etdirir. Tədris sayəsində insanlar risklərin düzgün idarə olunmasını, hansı şirkətin etibarlı olduğunu və zərərin vaxtında ödənilməsini və s. anlayır.

- Sığorta dərsləri gənclərə və ya bu sahəyə marağı olan insanlara hansı bilikləri verir? Günlük həyatda bunun nə kimi xeyri olur?

- Sığorta dərsləri gənclərə elə bir xəritə verir ki, onlar həyatın gözlənilməz dönəmlərində harada nəyə diqqət etməli olduqlarını görə bilirlər. Müəllim kimi deyə bilərəm ki, bu dərslər tələbələrə maliyyə qərarlarını daha ağıllı və planlı verməyi öyrədir, elə bil onlara risklərin “yol işarələrini” göstərir.

Sığorta dərsləri insanların gələcəkdə itkilərini əvvəlcədən qiymətləndirməyə və ona uyğun strategiya qurmağa imkan verir. Dərslər, eyni zamanda hansı məhsulun hansı riski əhatə etdiyini başa düşmək, etibarlı şirkəti seçmək və zərərin vaxtında ödənilməsini təmin etmək üçün biliklər verir. Bu biliklər günlük həyatda çox faydalıdır.

Sığorta dərsləri gənclərə riskləri əvvəlcədən görmək üçün bir xəritə verir. Onlar öyrənirlər ki, hər qərar kimi sığorta da planlı olmalıdır.

- Sizcə, bu biliklər insanın qərarlarına necə təsir edir?

- Sığorta bilikləri insanın qərarlarını elə istiqamətləndirir ki, o, yalnız anlıq seçimlərə aldanmır, gələcəyi də nəzərə alır. Tələbələr bu bilikləri öyrəndikcə sanki “maliyyə bələdçisi” qazanırlar və hər addımı daha planlı atırlar. Sığorta bilikləri onların etibarlı şirkət və məhsul seçməsinə, yaranacaq zərərin vaxtında ödənilməsinə və ümumi maliyyə təhlükəsizliyinə birbaşa təsir göstərir. Sığorta bilikləri insanı daha ağıllı qərar verən, riskləri idarə edən və gələcəyə hazırlıqlı bir şəxslərə çevirir.

- Hal-hazırda ölkəmizin hansı təhsil ocaqlarında sığorta tədris edilir?

- Təəssüf ki, ölkəmizin heç bir ali təhsil ocağında sığorta ixtisas kimi tədris edilmir, yalnız bir neçə orta-ixtisas təhsili müəssisələrində sığorta ixtisas kimi tədris edilir. Universitetlərdə isə yalnız fənn kimi tədris edilir. Fənn kimi tədrisi isə sahənin daha geniş tanıdılmasına, əmək bazarı üçün ixtisaslı kadrların hazırlanmasına tam imkan verə bilmir.

Ölkəmizdə sığorta tədrisi hələ geniş yayılmayıb, amma araşdırmalar göstərir ki, universitetlərin iqtisadiyyat və maliyyə fakültələrində sığorta fənləri tələbələrin risk mədəniyyətini artırmaq və praktiki bacarıqlar qazandırmaq üçün əhəmiyyətli rol oynayır.

- Bu gün Azərbaycanda sığortanın hansı dəyişiklikləri görmək istərdiniz?

- Ölkəmizdə sığorta sahəsində ən çox görmək istədiyim dəyişiklik sığortanın tədrisinin gücləndirilməsidir. Hazırda sığorta ixtisas kimi ali təhsildə mövcud deyil və bu, əmək bazarında peşəkar kadr çatışmazlığına səbəb olur. Mən istərdim ki, sığorta müstəqil ixtisas kimi universitetlərdə tədris olunsun, orta-ixtisas səviyyəsində isə daha sistemli və müasir proqramlar tətbiq edilsin.

Sığorta “seçmə fənn” kimi deyil, əmək bazarının tələblərinə uyğun şəkildə öyrədilsə, tələbələr real riskləri anlamaqda və sahəyə maraq göstərməkdə daha motivasiyalı olacaqlar.

Böyük arzum bazarda elə mütəxəssislərin yetişməsidir ki, onlar riskləri düzgün qiymətləndirə, müştəri ilə sağlam kommunikasiya qura və sığorta məhsullarının keyfiyyətini artırmağa töhfə verə bilsinlər. Bu isə yalnız güclü tədris bazası ilə mümkündür.

Məncə sığorta sahəsində real inkişafın yolu tədrisdən keçir, peşəkar kadr yetişmədən nə bazar güclənər, nə də əhalinin risk mədəniyyəti formalaşar, çünki ən böyük kapital insandır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 20 Noyabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see737

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see670

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see251

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see247

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see244

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see224

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see218

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see216

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see211

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see200

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see192

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see192

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see187

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see184

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see176

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see175

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see174

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see169

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see169

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri