Şikayətçini və çəkliş qrupunu təhqir edən rəis işdən çıxarıldı (Video)
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Şəmkir Su və Melorasiya Sistemləri idarəsinin rəisi Alim Abbasov işdən azad edilib.
Milli.Az-ın əldə etdiyi məlumata görə, A.Abbasovun yerinə təyinat da baş tutub. Belə ki, Şəmkir Su və Melorasiya Sistemləri idarəsinin rəisi vəzifəsinin icrası Müşfiq Mehdixanova həvalə olunub.
Qeyd edək ki, A.Abbasov bir neçə gün əvvəl idarəyə çəklişlə birgə şikayətə gələn vətəndaşı və eyni zamanda çəkliş qurupunu təhqir edərək qovmuşdu. Bundan sonra həmin görüntülər sosial şəbəkələrdə geniş yayılmışdı.
Xüsusi vurğulayaq ki, məsələ ilə bağlı videokadrlarda görünən "MillTv" kanalının və mikrafonun bizim Milli.Az Xəbər Portalı ilə heç bir əlaqəsi yoxdur. Tez-tez bu kanalın fəaliyyəti ilə bağlı bizim redaksiyamıza da müraciətlər edilir. Sözügedən kanalın adı ilə Milli.Az Xəbər Portalının adında birə-bir oxşarlıq olsa da, tamamilə ayrı-ayrı media subyektləridir.
Müəllif: Asif Mehman (Milli.Az Baş redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 19 Oktyabr 2026 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















