Icma.az
close
up
RU
Şikayətlər artır, aktivlər azalır “Yelo Bank”da nə BAŞ VERİR? ARAŞDIRMA

Şikayətlər artır, aktivlər azalır “Yelo Bank”da nə BAŞ VERİR? ARAŞDIRMA

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu ilin avqust ayında Azərbaycanda barəsində ən çox şikayət edilən bank “Expressbank” ASC olub. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Şikayət olunan bankların siyahısında “Yelo Bank” ASC ikinci, “Unibank” ASC isə üçüncü olub.
Lakin ən diqqətçəkən məqam “Yelo Bank”ın bu siyahıda birdən-birə üç pillə yüksəlməsidir. Belə ki, Belə ki, 2024-cü ildə ən çox şikayət olunan bankların siyahısında “Yelo Bank” 5-ci yerdə olub. Bu il isə 2-ci pilləyədək “irəliləyib”.
Bizim.Media “Yelo Bank”la bağlı şikayətlərin çox olmasının səbəblərini araşdırıb.  
Nəzərə alaq ki, əvvəlki adı "Nikoil bank" olan, rebrendinq edərək "Yelo Bank" adlanan bankla bağlı məhkəmə işlərinin sayı kifayət qədərdir. Müştərilər müxtəlif iddialarla mülki iş qaldırıblar. Adekvat olaraq bankın da məhkəməyə verdiyi vətəndaşlar az deyil. Bunu internet resurslarında hər gün yayılan xəbərlərdən görmək mümkündür. 
Bir müddət əvvəl “Yelo Bank” Gəncədə bir qrup vətəndaşı məhkəməyə versə də, şikayətin təmin edilməsi  qeyri-mümkün hesab edilib. Bank  Gəncə şəhər sakini olan altı nəfərlə bağlı məhkəmədə iddia qaldırıb.
Lakin məhkəmə bankın iddiasını rədd edib.
"Yelo Bank”dan narazılığını bildirmiş daha bir vətəndaş isə Rəşad Balayevdir. Onun dediyinə görə, Koreyadan hesabına 750 dollar pul göndəriblər:
”Yelo Bank” pulu qəbul etmir, geri də qaytarmır ki, xidmət haqqı tutulacaq. Bu nə dərəcədə doğrudur? Pulu qəbul etməməyin səbəbi odur ki, bu pulun niyə göndərildiyi ilə bağlı əsas göstərməyimizi tələb edirlər. Geri də qaytaranda xidmət haqqı tutulacağını deyirlər. Göstərilməyən xidmətə görə haqq tutmaq nə dərəcədə düzgündür?”
Qazinin evini əlindən almaq istədi
Qarabağ qazisi, jurnalist Mustafa Hacıbəyli bu bankda üzləşdiyi problemlə bağlı uzun müddət mətbuatda müzakirələr getdi. “Yelo Bank” qazinin yeganə evini əlindən almaq istəyirdi. 
Bu bankdan başqa bir şikayətçi isə Qadir Asifsoy olub. O bildirib ki, ödəniş etsə də borcun üstünə əlavə faiz gəlir:
“Bir neçə ay öncə “Yelo Bank”dan kredit götürdük. Ödənişi həmişə 2-3 qat artıq ödəmişəm. Bu ay isə baxdım ki, aylıq ödəniş düşüb 39,88 AZN-ə. Kapital kartımdan onlayn qaydada 40 manat ödəniş etdim. Ödənişi 2 fevral tarixində etmişəm. Bu barədə bu günə kimi 7 dəfə məlumat vermişəm. Araşdıracağıq deyirlər, lakin ortada bir şey yoxdur. Mobil tətbiqdən baxıram gündəlik üzərinə faiz məbləği gəlir. Bu gün banka yaxınlaşdım, cavab verə bilmədilər. Deyir bizlik deyil!”
20 milyonluq mənimsəmə
Qeyd edək ki, daha əvvəl "Nikoil bank” kimi fəaliyyət göstərən "Yelo Bank”ın adı bu günə qədər bir çox qalmaqallarda hallanıb və bank ziyanla işləyir. Bankın ziyanla işləməsinin rəhbərliyin bankın pullarını mənimsəməsi ilə əlaqəli olduğu bildirilir.

Yerli mətbuatın yazdığına görə, Vahid Ələkbərova məxsus bankın talan olunması hələ 2005-ci ildən başlayıb. Əvvəlki "Nikoil” İKB-a sədrlik edən Vasiliy Xamaza adıçəkilən bankın 20 milyon manatını mənimsəməkdə ittiham olunmuşdu. 2017-ci ilin yarısına kimi banka sədrlik etmiş V.Xamaza Azərbaycanı tərk edib. Federal və beynəlxalq cinayət axtarışına verilən Xamaza 2018-ci ilin sentyabr ayında Moskva şəhərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Bankın aktivlərində azalma
Nəzərə alaq ki, 2025-ci il  “Yelo Bank” üçün uğurlu olmayıb. Aprelin 1-nə qurumun aktivləri ilin əvvəli ilə müqayisədə azalıb. Belə ki, bankın aktivləri 1 milyard 279 milyon 637 min manatdan 1 milyard 260 min 888 min manata düşüb.
“Yelo Bank”ın nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitləri də azalıb. 2024-ci ilin sonundakı 229 milyon 962 min manatdan aprelin 1-i tarixinə 213 milyon 309 min manata düşüb.
Maliyyə qurumunun banklar və digər maliyyə institutlarındakı depozitlərinin həcminə gəlincə, ilin əvvəlindəki 61,743.80 min manatdan birinci rübün sonuna 21,124.40 min manata düşüb. Bankın öhdəlikləri 2024-cü ilin sonundakı 1 milyard 135 milyon 645 min manatdan 2025-ci ilin ilk üç ayında 1 milyard 105 milyon 813 min manata qədər azalıb.

Öhdəliklərin azalmasında əhalinin bankdan pullarını geri götürməsi rol oynayıb. Belə ki, maliyyə qurumunun depozit portfeli 2024-cü ilin son rübü ilə müqayisədə (928,774.35) 15 milyon 296 min manat azalaraq 913,477.90 min manata düşüb. Hesabat dövründə hüquqi şəxslər 24 milyon 337 min manatı bankdan çıxarıblar. Ümumilikdə bankın kredit portfeli 960,276.43 min manat, depozit portfeli isə 913,477.90 min manatdır.
Qeyd edək ki, "Yelo Bank”ın Rusiyada yaşayan Azərbaycan əsilli milyarder, "Lukoil” şirkətinin sahibi Vahid Ələkbərova məxsus olduğu bildirilir.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Sentyabr 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see177

Düşmənin bir top atəşi ilə viran qalan postundan GÖRÜNTÜLƏR

02 Noyabr 2025 17:12see170

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see161

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see148

Qiyamət gününün bunkeri nədir: içində nə var və nə üçün lazımdır?

02 Noyabr 2025 21:01see148

Arda Güler zədələnib

02 Noyabr 2025 16:57see141

İran Gülüstan vilayətində yeni atom elektrik stansiyasının tikintisinə başlayıb

02 Noyabr 2025 17:53see140

Məğlubiyyət bizim səhvlərimizdən sonra baş verdi Elmar Baxşıyev

02 Noyabr 2025 20:50see139

Yüksək şəkər və infarkt arasında əlaqə

03 Noyabr 2025 06:06see135

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see133

Qaradağın deputatı həbslər haqda danışdı KONKRET

02 Noyabr 2025 20:48see133

Bütün nadir xəstəliklər üçün təsir göstərə biləcək vahid dərman hazırlanıb

03 Noyabr 2025 02:03see131

Turan Tovuz da oynamış futbolçu bu ölkədə klubunu dəyişdi FOTO

03 Noyabr 2025 12:35see130

Fələstin fraksiyaları Qəzzada müvəqqəti administrasiyanın strukturunun razılaşdırılmasını müzakirə edir

02 Noyabr 2025 19:52see130

İstanbulda Qəzza üzrə zirvə görüşü başlayıb

03 Noyabr 2025 16:39see127

Araz Naxçıvan kimyaçılar ın qonağıdır Heyətlər

02 Noyabr 2025 17:35see127

Monqol əti Bakıda buna görə ucuz imiş SƏBƏB BİLİNDİ

03 Noyabr 2025 11:14see126

The Economist: Tayvanın B planı ...

02 Noyabr 2025 20:46see126

Avropa bütün sursatımızı alıb, aparsın Vuçiç

03 Noyabr 2025 01:44see125

Sumqayıt sakinlərinin yol dərdi: Vətəndaşların problemi nə vaxt həll ediləcək?

03 Noyabr 2025 02:00see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri