Silah ehtiyatı tükənib, İrana qarşı əməliyyat olsa... Keyn
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
ABŞ İsrail və Ukraynaya dəstəyindən dolayı silah ehtiyatlarının tükənməsi səbəbindən İrana qarşı hərbi güc tətbiq etməkdə çətinlik çəkəcək.
Axar.az “Vaşinqton Post” qəzetinə istinadən xəbər verir ki, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn bu mövqe ilə çıxış edib.
Nəşrin məlumatına görə, ötən həftə Prezident Donald Tramp və administrasiyanın yüksək vəzifəli rəsmiləri ilə qapalı görüşdə o, ABŞ ordusunun İrana qarşı hər hansı bir böyük əməliyyat keçirməkdə çətinlik çəkəcəyini, çünki onun silah ehtiyatlarının İsraili müdafiə etməsi və Ukraynanı dəstəkləməsi səbəbindən əhəmiyyətli dərəcədə tükəndiyini bildirib.
Bundan əlavə, Keyn hesab edir ki, ABŞ müttəfiqlərin dəstəyinin olmaması səbəbindən İslam Respublikasına qarşı hər hansı bir əməliyyat keçirməkdə problemlə üzləşə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 24 Fevral 2026 08:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















