Icma.az
close
up
RU
“Silahı xəbərləri oxuyan diktorun üzünə tuşlamışdılar, xəcalət çəkirdik...” FOTO+ÖZƏL

“Silahı xəbərləri oxuyan diktorun üzünə tuşlamışdılar, xəcalət çəkirdik...” FOTO+ÖZƏL

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“20 yanvar hadisələrini heç vaxt unuda bilmirik. Xalqımızın ən ağır günlərindən biri idi. Düz 35 il əvvəl bu gecə - 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Azərbaycan tarixinə qara hərflərlə yazılmış "20 yanvar" faciəsi baş verdi. Bilirsiniz ki, televiziya hər zaman xalqın ümid yeri olub. Bizim üçün də çox ağır gün idi”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, tanınmış diktor Ofeliya Sənani deyib. O daha sonra əlavə edib:

“Bu Qarbaçovun bir oyunu idi. Çox şey artıq yadımdan çıxıb. O vaxt biz məşhur “Cücələrim” kafesinin üstündəki binada olurduq. Biz işdəydik, tez evə göndərdilər ki, televiziyaya hücum gözlənilir, tez olun qaçın evinizə. Sədr bir maşın verdi bizə. 4 nəfər diktor xanımı güc-bəla ilə evlərinə apardılar. Biz heç evə getmək istəmirdik. İstəyirdik elə işdə qalaq. Nigaran idik. Bundan sonra hadisə baş verdi. Mən evə gələndə pəncərəni açıq qoydum ki, studiya tərəfdə nəsə hadisə baş versə səsini eşidim, tez köməyə qaçım. Adam nigaran qalır da. Elə oldu ki, studiyanı ələ keçirtdilər, enerji blokunu partlatdılar. Əsgərlərin əllərində silah televiziyanın qarşısında dayanmışdılar. Hətta diktor mətni oxuyanda studiyada əsgərlər avtomatla dayanıb, silahı onun üzünə tuşlamışdılar. 21 yanvarda artıq işdə idik. Xalqın, tamaşaçın üzünə baxmaq çətin idi. Bu faciə ilə bağlı xalqa başsağlığı vermək, hadisənin detallarını çatdırmalı idik. Çox ağır idi. Xəcalət çəkirdik o günü efirə çıxdığımıza görə. Məhəllələrdən çay kimi qan axırdı.. O günləri biz yaşamışıq.. Bizim xalqımız həqiqətən də qorxmaz və mərd xalqdır” deyə diktor bildirib.

Ofeliya Sənani səhhətindən də danışıb:

“Səhhətim çox pisdir. Halım heç yoxdur. Bu günlərdə mənə zəng edib dedilər ki, Bəhram Bağırzadə ilə sizi gördük, çox yaxşı görünürdüz. O foto köhnədir. Sadəcə yeni paylaşılıb. Mən heç çölə çıxmıram. Müalicələr alıram, həkimlər evə gəlir” deyə diktor bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Yanvar 2025 08:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see199

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see134

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see134

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see132

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see123

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see119

Son xəbərdarlıq: ABŞ Rusiyanın yanında, Avropaya qarşı

06 Dekabr 2025 21:41see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri