Icma.az
close
up
RU
Silahlı münaqişəyə səbəb olan əsas problemi həll etmək istəmirlər

Silahlı münaqişəyə səbəb olan əsas problemi həll etmək istəmirlər

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əfqanıstan və Pakistan arasındakı gərginlik yenidən açıq hərbi qarşıdurmaya çevrilib. İslamabad rəsmi olaraq Kabilə qarşı açıq müharibə elan edib. Hətta Pakistan Hərbi Hava Qüvvələrinin təyyarələri Əfqanıstanın Qəndəhar əyaləti üzərində patrulluq etməyə başlayıblar.

İki ölkə arasında yaranmış gərginliyi “Reytinq” qəzetinə şərh edən hərbi ekspert Azad İsazadə deyib ki, Pakistan-Əfqanıstan sərhədi daimi konfliktin olduğu ərazidir.

Onun sözlərinə görə, problem ondadır ki, bu ərazilərdə böyük sayda Puştun tayfaları yaşayır, onları Əfqanıstan və Pakistan arasında olan dövlət sərhədi maraqlandırmır. Çünki bu ərazilər onların dədə-baba torpaqlarıdır, özləri də əsasən köçəri həyat tərzi sürürlər. Yəni istədikləri vaxt Əfqanıstan ərazisində qalır, istədikləri zaman Pakistan ərazisində olurlar. Puştun tayfaları həm də indi Əfqanıstanı idarə edən “Taliban” hərəkatının əsas qüvvəsi, elektoratıdır.

Azad İsazadə 

Hərbi ekspert əlavə edib ki, puştunlar da radikal konservativ dinin tərəfdarlarıdır: “Bunlar üçün Pakistan İslam Respublikası natamam islam ölkəsidir. Yəni onlar belə hesab edirlər. Onlara görə, Pakistan kafir olmasa da, klassik islamın tərəfdarı deyil. Mənim qənaətimcə, indi iki islam ölkəsi arasında yaranmış konfliktin kökü qeyd etdiyim məqamlardan doğur. Onlar iki dövlət arasında mövcud olan sərhədi tanımır, iki ölkə arasında razılaşmanın olmasını istəmirlər”.

A. İsazadə bildirib ki, indi hər iki tərəfdə kifayət qədər silahlı var: “Amma Pakistan ordusu Əfqanıstan ordusundan qat-qat güclüdür. Buna baxmayaraq, nə qədər güclü ordunun, silahın və avadanlığın olması Əfqanıstan xalqının vecinə deyil. Əfqanıstan xalqı Sovet hökumətinin 1979-cu ildə onun üstünə getməsinə cavab qaytarıb. Eləcə də 2001-ci ildə ABŞ və koalisiya qüvvələrinin bu ölkəyə daxil olmasına müqavimət göstərdilər. Hətta müqavimət iyirmi ilə qədər çəkdi. Yəni üzərinə hansı güclü ordunun gəlməsi bu xalqı sanki narahat etmir”.

Hərbi ekspertin fikrincə, bu dəfə Əfqanıstan-Pakistan münaqişəsi hansısa formada səngiyə, eyni zamanda on gündən sonra yenidən başlaya bilər: “Çünki bu problem daimi, yarıqaynar fazada qalır, sonra qaynar fazaya keçir. Burada məsələ iki ölkə arasındakı sərhədin qanunla qorunmasından gedir. Görünən odur ki, hər dəfə gərginlik yaransa da, əsas problem həll edilmir və bu da gələcəkdə gərinliyin təkrarlanmasına səbəb olur”.

Nemət ORUCOV

Reyting.az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://reyting.az
archiveBu xəbər 27 Fevral 2026 21:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri