Silivridə gəmi qəzası: 10 nəfərlik heyətdən XƏBƏR YOXDUR
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mərmərə dənizində, Silivri sahillərindən təxminən 18 dəniz mili cənubda Türkiyə bayrağı altında üzən iki ticarət gəmisi toqquşub.
Bakıvaxtı.az türk mediasına istinadən xəbər verir ki, Kocaeli-Aliağa marşrutu üzrə hərəkət edən "ALSU" gəmisi ilə İsgəndəründən Qara dəniz Ereğlisinə gedən "TUĞBERK İMAMOĞLU" gəmisi arasında baş verən qəza nəticəsində "TUĞBERK İMAMOĞLU" gəmisi və onun 10 nəfərlik heyəti ilə əlaqə kəsilib.
İstanbul Valiliyinin məlumatına görə, əraziyə Sahil Mühafizəsi və Sahil Təhlükəsizliyi xidmətinin çoxlu sayda gəmisi və helikopteri cəlb olunub. Qəzada ciddi xəsarət almadığı müəyyən edilən "ALSU" gəmisindən fərqli olaraq, itkin düşən gəmi və heyətin axtarış-xilas etmə əməliyyatları havadan və dənizdən intensiv şəkildə davam etdirilir.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 02 Sentyabr 2026 08:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















