Icma.az
close
up
RU
Silk Way West Airlines ən böyük vergi ödəyicisi mükafatı ilə Azərbaycanın iqtisadi artımına vacib töhfə verən şirkət kimi tanınıb

Silk Way West Airlines ən böyük vergi ödəyicisi mükafatı ilə Azərbaycanın iqtisadi artımına vacib töhfə verən şirkət kimi tanınıb

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəzər və Mərkəzi Asiya regionunun hava yolu ilə aparıcı yükdaşıma şirkəti olan Silk Way West Airlines ölkə iqtisadiyyatının şaxələndirilməsi və maliyyə sabitliyindəki mühüm roluna görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeyri-neft sektoru üzrə ölkənin ən böyük vergi ödəyicisi kimi təltif edilib. Silk Way West Airlines şirkətinin ölkənin iqtisadi artımı, maliyyə şəffaflığı və vergi qanunvericiliyinə uyğun fəaliyyət öhdəliklərinə sadiqliyi yüksək qiymətləndirilib. 

Hava yolu ilə aparıcı beynəlxalq yükdaşıma şirkəti olan Silk Way West Airlines  Azərbaycanda aviasiya sahəsi və logistika sektorunun inkişafında əhəmiyyətli rol oynayıb. Vergi öhdəliklərini davamlı olaraq yüksək səviyyədə yerinə yetirən Silk Way West Airlines dövlət büdcəsinin sabitliyinin gücləndirilməsi və bir sıra milli iqtisadi təşəbbüslərin dəstəklənməsi ilə ölkənin fiskal dayanıqlılığına töhfə verib. Aviaşirkətin beynəlxalq maliyyə və vergi standartlarını əldə rəhbər tutması onun uzunmüddətli inkişaf və dayanıqlı iqtisadi təsirə olan strateji yanaşmasını əks etdirir.

Silk Way West Airlines şirkətinin töhfələri aviasiya sahəsinin hüdudlarını aşaraq bilavasitə Azərbaycanın makroiqtisadi göstəricilərinə təsir göstərir. Şirkətin vergi ödəmələri iqtisadiyyatın şaxələndirilməsi üzrə strateji məqsədlərə uyğunlaşaraq vacib infrastrukturun genişləndirilməsi, məşğulluğun artırılması və qeyri-neft sənayesinin inkişafına dəstək verib. Nəqliyyat və logistika sektorunda xüsusi çəkisi olan Silk Way West Airlines ticarət həcminin artmasını təmin edib, Azərbaycanın qlobal logistika mərkəzi kimi mövqeyini möhkəmləndirib və beynəlxalq iqtisadi tərəfdaşlıqları gücləndirib.

Silk Way West Airlines şirkətinin prezidenti Volfqanq Mayer qeyd edib ki, vergi inzibatçılığının təkmilləşdirilməsi və şəffaflığın təşviqi naminə həyata keçirilən islahatlar ölkənin iqtisadi mühitinə müsbət təsir göstərərək aviasiya və hava yolu ilə yükdaşımalar kimi sahələrin inkişaf etməsinə şərait yaradıb: "Bu nailiyyət bizim korporativ məsuliyyətə, iqtisadi artıma və dayanıqlı inkişafa sadiqliyimizdən xəbər verir. Ölkənin qeyri-neft sektoru üzrə aparıcı vergi ödəyicisi kimi tanınmaqdan böyük qürur duyuruq. Azərbaycanın inkişaf etməsinə töhfə verməyə davam edəcəyik". 

Fəaliyyətini genişləndirməyə davam edən Silk Way West Airlines ən yüksək maliyyə idarəetmə standartlarının dəstəklənməsinə sadiq qalaraq Azərbaycanın iqtisadi tərəqqisini təmin edən aparıcı qüvvə kimi öz mövqeyini gücləndirməyə davam edir. Şirkətin fəaliyyətinə verilən bu qiymət ölkənin maliyyə sabitliyini və sənaye inkişafının gücləndirilməsində etibarlı tərəfdaş kimi onun mövqeyini daha da möhkəmləndirir. 

Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş Silk Way West Airlines şirkəti Heydər Əliyev Beynəlxalq Hava Limanı mərkəzli 12 müasir "Boeing 777F", "Boeing 747-8F" və "Boeing 747-400F" yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərlə uçuş həyata keçirir. 
Dayanıqlılıq və səmərəlilik öhdəliyinə uyğun olaraq, Silk Way West Airlines qlobal logistika tələblərinə daha yaxşı cavab vermək məqsədilə dörd "Boeing 777F", iki "Boeing 777-8F" və iki "Airbus A350F" daxil olmaqla öz donanmasını 2030-cu ilədək səkkiz yeni ən müasir təyyarə ilə yeniləməyi planlaşdırır.

Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500 min tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Avropa, MDB ölkələri, Yaxın Şərq, Asiya və Amerika qitəsi üzrə 40-dan çox istiqaməti əhatə edir.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 05 Mart 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2091

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see316

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see188

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see171

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see139

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see139

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see133

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see130

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see128

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see122

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see121

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri