Icma.az
close
up
RU
Silvadan Trampla bağlı ŞOK AÇIQLAMA

Silvadan Trampla bağlı ŞOK AÇIQLAMA

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Braziliya Prezidenti Luiz Inacio Lula da Silva ABŞ Prezidenti Donald Tramp ilə heç bir əlaqəsinin olmadığını bildirib.

"Cebheinfo.az" xəbər verir ki, BBC-yə verdiyi müsahibədə Lula da Silva keçmiş ABŞ prezidentləri də daxil olmaqla bir çox ölkə liderləri ilə yaxşı münasibətlər qurduğunu, lakin Tramp administrasiyası ilə əlaqələrinin pis olmasının istisna hal olduğunu qeyd edib.

“Trampla heç bir əlaqəm yoxdur, çünki o ilk dəfə seçiləndə mən Prezident deyildim. Onun əlaqəsi (keçmiş Braziliya Prezidenti Jair) Bolsonaro ilə idi, Braziliya ilə yox,” deyə Lula da Silva vurğulayıb. O, hələ də Tramp ilə birbaşa görüşmədiklərini və bunun səbəbinin Trampın əlaqə qurmaq istəməməsi olduğunu iddia edib.

Lula da Silva ABŞ-nin Braziliyaya tətbiq etdiyi vergilərdən qəzetlər vasitəsilə xəbər tutduğunu və Trampın sivil şəkildə ünsiyyət qurmaq əvəzinə sosial media hesabından açıqlamalar verdiyinə diqqət çəkib. “Tramp ABŞ-nin prezidenti ola bilər, amma dünyanın imperatoru deyil”, - deyə Lula da Silva bildirib.

Dövlət çevrilişi cəhdinə görə 27 il 3 ay həbs cəzasına məhkum edilən və hazırda ev dustaqlığında olan Bolsonaro ilə bağlı da danışan Lula da Silva, Trampın keçmiş prezidentin zülmə məruz qaldığını iddia etməklə yalanlar yaydığını söyləyib.

Trumpın Braziliya məhsullarına 50 % gömrük vergisi tətbiq etmə qərarının tamamilə siyasi olduğunu bildirən Lula da Silva, bu qərarın ABŞ istehlakçılarına daha bahalı məhsullar şəklində təsir edəcəyini qeyd edib.

 “ABŞ xalqı, Trampın Braziliya ilə münasibətlərində etdiyi səhvlərin əvəzini ödəyəcək”, - deyə Silva əlavə edib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Sentyabr 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see388

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see384

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see359

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see247

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see242

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see227

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see222

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see207

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see202

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see201

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see199

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see191

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see185

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see183

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see178

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see176

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see175

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see174

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see167

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri