Icma.az
close
up
RU
“Şimal axını”nından sızan metan qazı Baltik dənizinin böyük hissələrinə yayılıb

“Şimal axını”nından sızan metan qazı Baltik dənizinin böyük hissələrinə yayılıb

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Yeni araşdırmaya görə, “Şimal axını” boru kəməri partlayışlarından sonra metan qazı sızması Baltik dənizinin cənub sularında geniş yayılıb və bölgədəki 20-dən çox dəniz qorunan ərazisinə təsir edib.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Qöteborq Universitetinin və “Okeanın səsi” tədqiqat mərkəzinin alimləri Rusiya təbii qazını Avropaya daşıyan “Şimal axını” boru kəmərlərində sızmaların yayıldığı ərazidə metan konsentrasiyasının səviyyəsini ölçmək üçün sualtı robotlardan istifadə ediblər.

Araşdırmalar çərçivəsində boru kəmərlərindən sızan metan qazının böyük hissəsinin dəniz səthinə və atmosferə qalxdığı, bir hissəsinin isə səthin altında qalaraq okean axınları ilə Baltik dənizinə dağıldığı müəyyən edilib.

Elm adamları Baltik sularında metan səviyyəsinin, xüsusən 2022-ci ilin sentyabrında boru kəmərinin partlamasından sonrakı ilk günlərdə normadan təxminən 1000 dəfə çox artdığını aşkar ediblər.

“Okeanın səsi”nin alimi və tədqiqatın müəlliflərindən biri Martin Mohrmann bildirib ki, ölçmələrə əsasən, metan qazı Baltik dənizinin cənubunda, Danimarkanın şərqindəki Zelandiya sahillərindən Qdansk körfəzinə qədər geniş yayılıb. "Təxmin edirik ki, bütün Baltik dənizinin 14 faizindən çoxu metan səviyyəsi normadan ən azı 5 dəfə yüksəkdir", - deyə Mohrmann qeyd edib.

Alimlər ölçmələrə əsaslanaraq, Baltik dənizində metanın necə paylandığını və hara çatdığını göstərən model yaradıblar. Müvafiq olaraq, okean cərəyanlarının qazı dəniz ekosistemlərini, biomüxtəlifliyi və təbii ehtiyatları qorumaq üçün nəzərdə tutulmuş 23 müxtəlif dəniz qoruq ərazisinə daşıdığı müəyyən edilib.

Tədqiqatın müəlliflərindən biri, Qöteborq Universitetinin Dəniz Elmləri Departamentindən Bastien Queste, metan emissiyalarının mənfi təsirinə məruz qalan ərazilərin modelin köməyi ilə asanlıqla müəyyən oluna biləcəyini, bunun gələcəkdə Baltik dənizi ekosistemlərində yarana biləcək hər hansı problemə müdaxiləni asanlaşdırdığını bildirib.

Araşdırmanın təfərrüatları "Nature" jurnalında dərc olunub.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 Yanvar 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri