Icma.az
close
up
RU
Şimal bölgəsində məktəbləri sel basdı Dərslər təxirə salındı

Şimal bölgəsində məktəbləri sel basdı Dərslər təxirə salındı

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şimal bölgəsində sel sularının yaratdığı fəsadlar səbəbindən bəzi kənd məktəblərində dərslər təxirə salınıb.

Modern.az xəbər verir ki, Xaçmazda Hacılar kənd ümumi orta ümumtəhsil məktəbi və Cığatay kənd ibtidai ümumtəhsil məktəblərinin həyətlərini də su basıb. Su təhsil ocaqlarının zirzəmilərinə və bəzi sinif otaqlarına dolub. Hacılar məktəbində 85, Cığatayda isə 25 şagird təhsil alır.

Xaçmazda dərslər təxirə salınan məktəblərin sayı 10-dan çoxdur. Quba, Qusar, Şabran və Siyəzəndə də ümumilikdə 10-a yaxın bu cür məktəb var. Bəzi məktəblərin yerləşdiyi əraziləri su basıb, zirzəmilərə və sinif otaqlarına sel suları dolub. Bir çox təhsil ocağında isə dərslərin təxirə salınmasına səbəb şagirdlərin məktəblərə gedən yollarının sel suları səbəbindən keçilməz olmasıdır.

Hazırda fəsadların aradan qaldırılması üçün əraziyə müvafiq dövlət qurumlarının nümayəndələri cəlb olunub.

Quba-Xaçmaz Regional Təhsil İdarəsindən isə bildirilib ki, son günlər ölkə ərazisində müşahidə edilən intensiv yağıntılı hava şəraiti ilə əlaqədar ucqar kəndlərdə yerləşən bir sıra məktəblərdə şagirdlərin davamiyyətində azalma müşahidə edilir.

“Bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinin nisbətən çətinləşməsi səbəbindən şagirdlərin və pedaqoji kollektivin təhlükəsizliyinin təmin edilməsi prioritetdir. Bu səbəbdən çətin relyefə malik bölgələrdə yerləşən az sayda təhsil müəssisəsində tədris prosesinin həyata keçirilməsində qısamüddətli fasilələr yaranıb. Davamiyyətdə qısamüddətli fasilələrin müşahidə edildiyi təhsil müəssisələrində keçirilməyən dərslərin dərs cədvəlinə uyğun şəkildə kompensasiya edilməsi istiqamətində zəruri tədbirlər görüləcək. Bu çərçivədə dərslərin sıxlaşdırılmış qrafik üzrə təşkili imkanları dəyərləndirilir”,-deyə açıqlamada qeyd olunub.(AzərTac)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Aprel 2026 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri