Icma.az
close
up
RU
Şimalda yatan SƏRVƏTLƏR Trampın Kanada və Qrenlandiya sevdasının PƏRDƏRXASI

Şimalda yatan SƏRVƏTLƏR Trampın Kanada və Qrenlandiya sevdasının PƏRDƏRXASI

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-ın yeni Prezidenti Donald Tramp hələ səlahiyyətlərə başlamamışdan öncə bir sıra skandal fikirlərilə dünyanı çaşdırıb. O, Kanada, Qrenlandiyanın ABŞ-a birləşməli olduğunu bildirib, eyni zamanda Vaşinqtonun Panama kanalına nəzaərti bərpa edəcəyinə işarə vurub.
Tramp Kanadaya ABŞ-nin 51-ci ştatı olmağı təklif edib, eləcə də Danimarkadan Qrenlandiya adasını satmağı istəyib.
 

MÖVZU İLƏ BAĞLI:
Bizə uzaq, buza yaxın ölkələrin mübahisəsi və siyasi “karma”


Trampın sözlərinə görə, Birləşmiş Ştatlar daha böyük ticarət kəsirlərinə və Kanadanın ayaqda qalması üçün lazım olan subsidiyalara dözə bilməz: “Castin Trüdo (Kanadanın Baş naziri-red.) bunu bildi və istefa verdi”.
Onun fikrincə, amerikalılar və kanadalılar birlikdə böyük bir ölkə təşkil edəcək, vergilər aşağı salınacaq, ticarət tarifləri ləğv ediləcək, yaranacaq ölkə Rusiya və Çin hərbi gəmilərindən tamamilə qorunacaq.
Qrenlandiyaya gəldikdə dünyada ən böyük adadır. O, Danimarkanın tərkibində muxtariyyətə malikdir. Donald Tramp bildirib ki, Qrenlandiya üzərində nəzarət və ona malik olmaq ABŞ üçün vacibdir.
Şimalda yatan sərvətlər
Qeyd edək ki, Yer planetinin şimal hissəsi əsasən buzlardan ibarətdir. Amma son illər iqlim dəyişməsi əlaqədar buzlar ümumən əriyir. Bu fonda ola bilsin bir müddətdən sonra buzlu okeanın əriməsilə buzların altında yatan sərvətlərə kimlərin yiyələnməsi məsələsi gündəmə gələcək. Bəllidir ki, Qrenlandiya adasında böyük neft, qaz, qızıl və almaz yataqları var. Kanada isə sink, uran, qızıl, alüminium, daş kömür, nikel, polad kimi xammalların öndə gedən ixracatçısıdır.
Trampın planının pərdəarxası
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirir ki, Trampın Kanada və Qrenlandiyaya sahib olmaq niyyətinin arxasında bir sıra məqamlarla yanaşı, gələcəkdə Şimal Buzlu Okeanının əriməsi nəticəsində buzların altında yatan sərvətlərə özünün yiyələnmək cəhdi də dayanır:
“Tramp peşəkar siyasətçi deyil. Kənardan gələn iş adamıdır. Dünya siyasətinin qanunlarını yaxşı bilmir. Hər məsələyə biznes nöqteyi-nəzərindən yanaşdığından elə bilir ki, dünya siyasəti də bir biznesdir. Trampın Kanada və Qrenlandiyaya sahib olmaq niyyəti gələcəkdə Şimal Buzlu Okeanın əriməsi nəticəsində buzların altında yatan sərvətlərə yiyələnmək istəyindən də qaynaqlana bilər. Yəni sözügedən niyyətinin arxasında bu amil də gizlənə bilər. Amma onun baş verməsinə hələ azı 50 il var”.
Çox başlar ağrıyacaq...
Ekspertə görə, indiki halda hər iki qanunverici orqanda respublikaçıların üstünlük təşkil etməsi Trampı sözügedən ideyalarını gerçəkləşdirə biləcəyinə həvəsləndirib:
“O, birinci dəfə Prezident olanda çox evləri yıxa bilərdi. Amma buna imkanı olmadı. Həmin dövrdə Konqresə nəzarət edən demokratlar Trampa çox şeyləri etməyə imkan vermədilər. İndi isə Trampın tərəfdarları hər iki palatanı – Senatı və Nümayəndələr Palatasını əllərinə alıb.
Bu fonda Tramo hesab edir ki, istədiyi planlarını həyata keçirə bilər. Bütün bunlar dünyada siyasətin tənəzzülünün əlamətidir. Amma hər halda Trampın bu ideyası çox başlar ağrıdacaq”.
Rüfət Sultan, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://bizim.media
archiveBu xəbər 11 Yanvar 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see161

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see133

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri