Icma.az
close
up
RU
Trampın Qrenlandiya və Panama açıqlaması

Trampın Qrenlandiya və Panama açıqlaması

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Superdövlətin təhlükəsizliyi  ilə bağlı növbəti hədəflər

“Bizim iqtisadi təhlükəsizlik üçün onlara ehtiyacımız var ... Panama kanalı ölkəmiz üçün vacibdir. Onu Çin idarə edir. Biz kanalı Çinə yox, Panamaya verdik”. Bu sözləri ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Floridadakı Mar-a-Laqo şəhərciyində keçirdiyi mətbuat konfransında deyib.

Bununla belə, Tramp Çinin kanalın idarə olunmasına birbaşa müdaxiləsinə dair sübut təqdim etməyib. Qrenlandiya ilə bağlı Tramp əlavə edib ki, Danimarka adadakı hüquqlarından imtina etməlidir: “ ünki ABŞ milli təhlükəsizlik məqsədləri üçün bu ada lazımdır... Onları Amerikaya birləşdirmək üçün hərbi və iqtisadi təzyiqlərdən istifadə etməyəcəyimə zəmanət verə bilmərəm”. 

Xadırladaq ki, ABŞ və Danimarka münasibətlərində ərazi verilməsi ilə bağlı presedent var. 1917-ci ildə Krallıq Karib dənizindəki Virgin adalarını 25 milyon dollara ABŞ-a satıb (2025-ci il qiymətləri ilə bu, 700 milyon dollardır). 

Bəs Qrenlandiya ABŞ üçün niyə bu qədər qiymətlidir Qrenlandiya, sadəcə dünyanın ən böyük adası deyil. Sərt buzlar ilə örtülmüş ada həm Arktikaya qapı, həm də zəngin xammal mənbəyidir. Trampın Qrenlandiyaya marağı birinci prezidentlik dövründən başlayıb. Lakin o vaxt bəyanatları indiki kimi açıq şəkildə, hərbi güc tətbiq etmək ehtimalı ilə müşayiət olunmayıb. Hazırda vəziyyət dəyişib. Bu, son illərdə iqlim dəyişikliyi ilə birbaşa bağlıdır. Qrenlandiya son dərəcə zəngin yeraltı sərvətlərə malikdir. Buzların tədricən əriməsi neft hasilatı və nadir torpaq mineralları üçün qazma işlərinin artırılmasına imkan verir. Bu, ABŞ-a “yaşıl enerji” və rəqəmsal keçidi dəstəkləmək üçün lazımdır. 

Bundan başqa, Qrenlandiya Şimal dənizində yerləşdiyinə görə əhəmiyyətli ticarət üstünlüklərinə malikdir. Amerikanın Şərq Sahili ilə Asiya arasında ən qısa marşrutu təmin edən Şimal–Qərb keçidi buz örtüyünün azalması ilə gələcəkdə gəmiçilikdə önəmli rol oynaya və Vaşinqtona geosiyasi üstünlük qazandıra bilər. Eyni zamanda, bu, Rusiya və inin təsir dairəsini məhdudlaşdırar. Tramp üçün geosiyasi vəziyyəti tamamilə dəyişə biləcək bir şahmat gedişi kimi görünür. O, bu adanı “Amerikanın gələcəyi üçün kritik element” adlandırır. 

Bundan başqa, ABŞ-ın Kosmik Qüvvələrinin Qrenlandiyanın şimalında bazası var. Baza ABŞ və Danimarka Krallığı arasında imzalanmış müdafiə müqaviləsi çərçivəsində fəaliyyət göstərir. Pitufik kosmik bazası raket hücumu xəbərdarlığı, raketdən müdafiə və kosmik müşahidə missiyalarını təmin edir.

Ada qar və buzla örtülmüş möhtəşəm təbiəti, dağları, tundrası və heyvanları ilə turistlər üçün də cəlbedicidir. 

Beləliklə, Qrenlandiya gözəl təbiəti ilə yanaşı, gələcək illərdə qlobal siyasətin əsas gündəm mövzularından birinə çevrilir. ABŞ üçün bu ada Şimali Atlantika alyansını qoruyan bir dayaq və eyni zamanda, təbii sərvətlərin tükənməz mənbəyidir. 

Yuxarıda qeyd etdiyimiz kimi, Trampın toxunduğu məsələlərdən biri də Panama kanalı ilə bağlıdır. O, açıqlamasında inin Panama kanalına nəzarət etməsinə icazə verməyəcəyini bildirib: “Hazırda onlarla (Panama hakimiyyəti) Panama kanalını müzakirə edirik. Kanalla bağlı “müqavilənin hər bir bəndi” pozulub. Bizim gəmilərdən daha çox vəsait alırlar. in isə Panama kanalına nəzarət edir. Bu, baş verməyəcək”. 

Bundan əvvəl Tramp bildirib ki, ABŞ Panama kanalından mövcud istifadə şərtlərinə yenidən baxılmayacağı təqdirdə nəzarətin qaytarılmasını tələb edə bilər: “Panama daha loyal olmalıdır”.

Qeyd edək ki, ABŞ üçün Panama kanalı qlobal strategiyanın həyati əhəmiyyət daşıyan bir hissəsidir. O, Atlantik və Sakit okeanlar arasında sürətli əlaqəni təmin edir və həm hərbi, həm də ticarət donanması üçün vacib halqadır. 1999-cu ildə kanalın Panamaya təhvil verilməsinə baxmayaraq, ABŞ təsirini tam olaraq itirməyib.

Kanal gəlirlərindən və beynəlxalq investisiyalardan güclü asılılıq Panamanı ABŞ-ın təzyiqlərinə qarşı zəif vəziyyətdə qoyur. kinci tərəfdən, ABŞ inin artan hüfuzunu zəiflətmək istəyir. “Baku Net ork” nəşri bu barədə yazıb: “Çin üçün Panama kanalı sadəcə su yolu deyil. Bu, Latın Amerikasındakı iqtisadi genişlənməsini qlobal logistika zəncirləri ilə birləşdirən mühüm bir həlqədir. in artıq bu regiondakı limanlara və infrastruktur layihələrinə milyardlarla dollar sərmayə qoyub ki, bu da Vaşinqtonda narahatlıq doğurur. Panama isə bir tərəfdən in investisiyalarından faydalanır, digər tərəfdən isə ABŞ-ın təzyiqləri ilə üzləşir”. 

Bu arada Donald Tramp Kanadanın ABŞ-a qoşulacağı təqdirdə ölkənin necə görünəcəyini göstərən xəritə dərc edib. Bundan əvvəl, Tramp bir çox kanadalıların öz ölkəsinin ABŞ-ın 51-ci ştatı olmasını dəstəklədiyini deyib. Tramp hesab edir ki, belə birləşmə bu ölkəyə təkcə iqtisadi sabitlik gətirməyəcək, həm də onu Rusiya və in gəmilərindən gələn xarici təhlükələrdən qoruyacaq. Bundan sonra, Kanadanın baş naziri Castin Trüdo ölkəsinin heç vaxt ABŞ-ın 51-ci ştatı olmayacağını bildirib və sonra istefa verib. 

Bu, xarici mətbuatda onun zəifliyi, müstəqil siyasət aparmaq iqtidarında olmadığı və Kanada iqtisadiyyatının böhran keçirdiyi kimi qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti lham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib: “Müstəqil siyasət aparmaq iqtidarında olan ölkələrin sayı da o qədər də çox deyil. Baxın, indi yenə də Kanadaya qayıdırıq. Trampın bir sözü ilə Kanadanın Baş naziri istefaya getdi. Axı, Kanada Azərbaycandan 10 dəfə çox neft hasil edir - 300 milyon ton və əhalisi də cəmi 40 milyondur. Yəni 300 milyon ton, əgər başqa iqtisadiyyat olmasa belə, 40 milyonu 300 milyon tonla yola vermək olmaz Görün, bunların iqtisadiyyatı nə qədər bərbad vəziyyətdədir ki, Amerika əgər onlara əlavə rüsum tətbiq etsə, bunun iqtisadiyyatı çökəcək və cənab Tramp deyəndə ki, Kanada 51ci ştat olmalıdır və cənab Trüdo qubernator olmalıdır, bu, əlbəttə trollinq kimi sayıla bilər. Amma, əslində, bu sözlərdə bəlkə də məntiq var. Yəni mən nəyi deyirəm, baxın Avropa ölkələrinə, onlar güc mərkəzlərindən nə qədər asılıdır və bəzən başqa faktorlardan. Ona görə müstəqil siyasət aparmaq iqtidarında olan ölkələr çox deyil. Ona görə bizim bu sahədəki siyasətimiz haqlı olaraq bizə rəğbəti daha da artırır və mən əminəm ki, yeni dünya nizamı tam formalaşma prosesinə düşəndə, o cümlədən Azərbaycanın mövqeyi də nəzərə alınacaq, ən azı Cənubi Qafqazda və Xəzər hövzəsində və biz buna hazır olmalıyıq. ...

Zəif ölkələrə yad dəyərlər, mənfi dəyərlər aşılanır. Zəif deyəndə, ölkə zəif ola bilməz. Liderlər əgər zəifdirlərsə, onda ölkə zəif sayılır. Ona görə biz bu işə öz gündəliyimizlə hazırıq, gündəliyimiz də var. Yəni ki, bizim siyasətimiz artıq bunu göstərir və yenə də deyirəm, bu işə bizim töhfəmiz əhəmiyyətli olacaq”.

Beləliklə, Trampın bəyanatları tarixdə qalmağın bir yoludur və onun üçün ilk növbədə ABŞ-ın “arxa həyətində” asayişi bərpa etməyin vacib olduğunu göstərir.

Pünhan ƏFƏNDİYEV

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Yanvar 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see200

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see186

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see175

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see161

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see155

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see139

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see133

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see130

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see129

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see126

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see126

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see123

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see123

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see123

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see123

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see123

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see123

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see122

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see121

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri