Icma.az
close
up
RU
Şimali Kipr mövzusu, Xəzərin o tayındakı türk qardaşlarımızla kifayət qədər işlənməyib

Şimali Kipr mövzusu, Xəzərin o tayındakı türk qardaşlarımızla kifayət qədər işlənməyib

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


"Bəzi Mərkəzi Asiya respublikalarının, konkret olaraq Qazaxıstanın, Özbəkistanın, ardınca da Türkmənistanın Cənubi Kiprdə səfirliklərinin açılması barədə qərarı acı təəssüf hissi doğurur. Ola bilsin səhv edirəm, ancaq mənə elə gəlir ki, burada Türkiyə xarici siyasətində, diplomatiyasında, müəyyən boşluqlar olub. Şimali Kipr mövzusu, Xəzərin o tayındakı türk qardaşlarımızla kifayət qədər işlənməyib".
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millət vəkili deyib ki, sözügedən qərar, Səmərqənddə keçirilən sammitdə qəbul olunub:
"Əldə olunmuş razılaşmalara əsasən, Avropa İttifaqı Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığın genişləndirilməsinə, xammal, nəqliyyat, yaşıl enerji, rəqəmsal bağlantı sahələrinə 12 milyard avro investisiya yatırmağı planlaşdırır. Yəqin ki, bu məsələ, Cənubi Kiprin tanınmasında həlledici rol oynamışdır".
Deputat qeyd edb ki, hər bir ölkənin xarici sərmayəyə ehtiyacı var:
"Ancaq, istənilən sərmayə, istənilən ikitərəfli iqtisadi əməkdaşlıq, ümumi strateji hədəflərdən yayındırmamalıdır. Düşünmürəm ki, Mərkəzi Aziya respublikalarına Cənubi Kiprin tanınması üçün hansısa təzyiqlər olub. Hətta şirnikləndirici təkliflər olsaydı belə, məsələnin iki tərəfli həlli, yəni Şimali Kiprin tanınması ilə bağlı şərt qoyulmalı idi. Təəssüf ki, belə olmadı".
Bu məsələnin Türk Dövlətləri Təşkilatının gələcək perspektivinə, Təşkilat daxili münasibətlərə təsirinə gəldikdə isə, millət vəkili hesab edir ki, təbii müəyyən çatlar yaratmışdır:
"Əsas hədəf Türk birliyinin qarşısını almaqdır. Son illər, ələlxüsus 44 günlük müharibədən sonra geniş vüsət almış Türk birliyi ideyası, bir çox gücləri narahat edirdi. Gələcəkdə də, Turan ideyasına qarşı təxribatların olacağı şübhəsizdir. Ancaq, əlimizi əlimizin üstünə qoyub oturmamalıyıq. Bütün səviyyələrdə inteqrasiya prosesləri sürətləndirilməli, malik olduğumuz resurslardan səmərəli istifadə etməklə, TDT-n beynəlxalq subyektivliyinin artmasına çalışmalıyıq".
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 15 Aprel 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri