Icma.az
close
up
RU
“Şimali Kipr yenidən siyasi xaosa və parçalanmaya sürüklənə bilər”

“Şimali Kipr yenidən siyasi xaosa və parçalanmaya sürüklənə bilər”

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilən prezident seçkilərinin nəticəsi Kipr məsələsində yeni mərhələnin başlaya biləcəyi barədə mülahizələr yaratsa da, əslində, adadakı siyasi reallığın və regiondakı güc balansının dəyişməsi üçün ciddi əsaslar görünmür".

Bunu “Yeni Sabah”a siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O, ŞKTR-də keçirilən prezident seçkilərinin nəticələrini təhlil edib. pizza

Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman qələbə qazanıb. Tufan Erhürmanın seçki kampansiyası dövründə səsləndirdiyi vədlərin bir çoxu Türkiyədə birmənalı qarşılanmayıb.

"Erhürman ŞKTR-inn gələcəkdə Yunan Kipri ilə birləşməsi və Türkiyədən siyasi asılılığın azaldılmasına dair ideyalarla beynəlxalq dairələrdə “barışa açıq lider” imicini formalaşdırmağa çalışırdı. Lakin bu yanaşma Kipr məsələsinin mahiyyətinə və tarixi reallıqlara ziddir”, - deyə E. Mirzəbəyli vurğulayıb.

Deputat qeyd edib ki, yeni prezidentin Ankaradan siyasi asılılığı azaltmaq fikri reallıqdan uzaqdır:

“Türkiyənin Şimali Kiprə dəstəyi təkcə siyasi deyil, həm də mənəvi və təhlükəsizlik xarakteri daşıyır. Ankara bu günə qədər adada sülhün və sabitliyin təminatçısı olub. Türkiyə hər il Şimali Kiprin dövlət büdcəsinə milyardlarla lirə vəsait ayırır, infrastruktur layihələrini maliyyələşdirir və enerji təminatını həyata keçirir. Bu münasibətlər olmasa, Şimali Kiprin iqtisadi sabitliyinin və siyasi müstəqilliyinin qorunması mümkün deyil”.

E.Mirzəbəyli vurğulayıb ki, Şimali Kiprin Yunan Kipri ilə birləşməsi sadəcə romantikadır:

“Yunan Kiprinin birləşmə məsələsinə yanaşması isə illərdir dəyişməyib. 2004-cü ildə BMT-nin təşəbbüsü ilə keçirilmiş “Annan Planı” referendumunda türk icması birləşməni 65 faiz səslə dəstəkləsə də, yunan icması 76 faizlə rədd etmişdi. Bu hadisə göstərdi ki, Yunan Kipri real birləşmədən çox, siyasi üstünlük və beynəlxalq leqitimlik əldə etməyə çalışır. Tufan Erhürmanın birləşmə istiqamətində verdiyi vədlər romantik xarakter daşıyır. Əgər bu kurs davam etdirilərsə, Şimali Kipr yenidən siyasi xaosa və daxili parçalanmaya sürüklənə bilər.

Rəsmi Ankaranın bu məsələdə mövqeyi dəyişməzdir. Türkiyə hesab edir ki, Kipr məsələsində iki dövlətli həll yeganə ədalətli və davamlı çıxış yoludur. Ankara heç vaxt Şimali Kiprin suverenliyini və təhlükəsizliyini güzəştə getməyəcək. Çünki Kipr məsələsi həm də Türkiyənin milli təhlükəsizlik strategiyasının əsas komponentlərindən biridir. Şərqi Aralıq dənizində enerji ehtiyatlarına, dəniz nəqliyyat yollarına və hərbi balansa nəzarət baxımından Kipr adasının önəmi stratejidir. Erhürman hökuməti Türkiyə ilə münasibətləri sarsıdacaq addımlar atarsa, bu, ilk növbədə, Şimali Kiprin öz maraqlarına zərbə vuracaq. Türkiyə ilə əməkdaşlıqdan imtina faktiki olaraq Şimali Kiprin özünümüdafiə mexanizmlərindən imtina etməsi deməkdir.

O zaman olduğu kimi, bu dəfə də sülh və birləşmə şüarları arxasında türk icmasının maraqları ikinci plana keçə bilər. Belə şəraitdə Tufan Erhürman hökumətinin ən doğru qərarı Türkiyə ilə strateji münasibətləri qorumaq, daxili sabitliyi möhkəmləndirmək və beynəlxalq tanınma istiqamətində Ankara ilə uzlaşmış siyasət aparmaq olardı. Çünki Kipr türklərinin gələcəyi Türkiyə və Türk dünyası ilə bağlıdır”.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 20 Oktyabr 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri