Şimali Kiprdə gəmi qəzası: ölənlər var
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ölkə.az Teleqraf-a istinadla xəbər verir ki, 14 nəfərin axtarışları davam etdirilir.
Hadisə avqustun 30-da Girnə limanından Türkiyənin Taşucu şəhərinə hərəkət edən "FiloJet" katamaranının qəzaya uğraması nəticəsində baş verib. Gəmi limandan ayrıldıqdan qısa müddət sonra su almağa başlayıb və sahildən təxminən dörd mil məsafədə çevrilərək batıb.
TASS-ın məlumatına görə, gəmi 514 metr dərinliyə qərq olub. İlkin məlumatlarda 239 nəfərin xilas edildiyi bildirilsə də, Şimali Kipr lideri Tufan Erhürman sonradan bu rəqəmin 241 olduğunu açıqlayıb.
Həlak olanlar arasında Rusiya vətəndaşı da var.
Hadisə ilə bağlı araşdırma aparılır. Gəminin naməlum obyektlə toqquşması ehtimalı yoxlanılır. Ekipaj üzvləri isə qəzanın katamaranın burun hissəsinin qopması nəticəsində baş verdiyini iddia edirlər.
İstintaq çərçivəsində gəminin kapitanı da daxil olmaqla 14 nəfərin həbs edildiyi bildirilir.
Türkiyə axtarış-xilasetmə əməliyyatlarına hərbi dəniz qüvvələrini, sahil mühafizə katerlərini və helikopterləri cəlb edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:21
Bu xəbər 30 Sentyabr 2026 01:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















