Icma.az
close
up
RU
Şimali Koreya kamikadze PUAlarını sınaqdan keçirib

Şimali Koreya kamikadze PUAlarını sınaqdan keçirib

Şimali Koreya Kim Çen Inın müşayiəti ilə kamikadze pilotsuz uçuş aparatlarını (PUA) müxtəlif sınaqlardan keçirib.

Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) xəbərinə görə, Pilotsuz Hava Texnologiyaları Kompleksinə (UATC) bağlı institut və müəssisələrin istehsal etdiyi kamikadze PUA-lar sınaqdan keçirilib.

Sınaqlar zamanı müxtəlif təyinatlı PUA-ların təyin olunmuş marşrutlar üzrə uçduqdan sonra müxtəlif məsafələrdə istifadə olunaraq hədəfləri vurma qabiliyyəti yoxlanılıb.

Sınaqlarda iştirak edən Kim buradakı çıxışında bildirib ki, dünyada PUA-ların innovativ texnologiya və hərbi imkanların əsas vasitəsi kimi istifadəsinə dair rəqabət getdikcə geniş vüsət alır.

Kim bildirib ki, PUA-ların böyük və kiçik münaqişələrdə istifadə edilməsi əsas hərbi zərurət olaraq ortaya çıxan bir tendensiyadır.

Mövsüm

AzNews.az

seeBaxış sayı:39
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri