Şimali Koreya Rusiyaya əlavə qoşun və texnika göndərəcək 1100 nəfər itki verib... AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Rusiya-Ukrayna müharibəsində Şimali Koreyanın itkiləri 1100 nəfər təşkil edib.
“AzPolitika” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreyanın Birləşmiş Qərargah rəislərinə istinadla məlumat yayıb.
Cənubi Koreya kəşfiyyatının məlumatına görə, Pxenyan çox güman ki, Rusiya ordusuna dəstək vermək üçün Rusiyaya əlavə qoşun və hərbi texnika göndərməyə hazırlaşır. Çoxsaylı kəşfiyyat məlumatlarının təhlili göstərir ki, Şimali Koreya Rusiyaya yerləşdirilən qoşunlarının sayını ya rotasiya etməyə, ya da artırmağa hazırlaşır.
Bundan əlavə, Seul KXDR-in Rusiyaya pilotsuz hücum təyyarələr verməyi təklif edir. Hərbçilər ilk dəfə noyabr ayında ortaya çıxan pilotsuz təyyarə istehsalının bəzi əlamətlərini qeyd ediblər.
Cənubi Koreya və ABŞ-nin kəşfiyyat məlumatlarına görə, KXDR hakimiyyəti Ukraynaya qarşı müharibədə iştirak etmək üçün artıq Rusiyaya 10-12 min arası hərbçi göndərib.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 23 Dekabr 2024 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















