Şimali Koreya Ukraynaya qarşı müharibə üçün Rusiyaya qoşun göndərdiyini təsdiqləyib
Icma.az bildirir, Missiya.az saytına əsaslanaraq.
Şimali Koreya ilk dəfə olaraq Ukraynaya qarşı müharibədə Moskvaya dəstək vermək üçün Rusiyaya qoşun göndərdiyini təsdiqləyib. Xüsusilə, Kursk bölgəsindəki döyüşlər üçün.
Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Hərbi Komissiyası məlumat yayıb.
Bildirilib ki, hərtərəfli strateji tərəfdaşlıq sazişi çərçivəsində Şimali Koreya Rusiyaya qoşun göndərib.
"Rusiyanın Ukraynaya avantürist işğalını dəf etmək üçün həyata keçirilən Kursk bölgəsinin azad edilməsi əməliyyatı qələbə ilə başa çatıb. Bizim silahlı qüvvələrimiz neonasist Ukrayna qüvvələrinin məhv edilməsinə və Rusiya ərazisinin azad edilməsinə mühüm töhfə verib”, - deyə vurğulanıb.
Qeyd olunub ki, Rusiyaya əsgər göndərilməsi barədə qərar Şimali Koreya lideri Kim Çen In tərəfindən verilib.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 28 Aprel 2025 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















