Şimallı qonşularımız hələ də hesab edirlər ki, keçmiş müttəfiq respublikalar onların mülkiyyətidir
Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.
"Rusiya istintaq komitəsi sədri Bastrıkinin, AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı açılmış cinayət işinə xitam verilməsini bildirən məktubu, bu ölkənin hüquqi dövlət olmadığının, qanunlara, müttəfiqlik, qonşuluq prinsiplərinə hörmət etmədyinin göstəricisidir. Ən azından, həmin məmur Düşənbədə keçirilən sammitdə prezident Vladimir Putinin səsləndirdiyi fikirlərə istinad etməliydi".
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millət vəkili bildirib ki, milyonlarla insan, Rusiya dövlət başçısının dilindən kompensasiya ödəniləcəyi, günahkarların cəzalandırılacağı barədə bəyanatına şahidlk etmişdi:
"Cəmi iki ay yarım sonra, məmurların prezidentdən tam fərqli mövqe sərgiləməsi, düşünüəm ki, imperiyapərəst düşüncənin məhsuludur. Şimallı qonşularımız hələ də hesab edirlər ki, keçmiş müttəfiq respublikalar onların mülkiyyətidir və istədkləri kimi davrana bilərlər. Anlamırlar ki, Azərbaycana qarşı istənilən saymamazlıq əks məhsuldardır. Belə münasibət ikitərəfli əməkdaşlığımıza zərər vurur. Təbii ki, bundan hər iki tərəf, xalqlarımız əziyyət çəkir. Etimadsızlıq mühiti yaranır".
Deputat qeyd edib ki, hər bir konfliktin sonu sülhlə bitməlidir:
"Azərbaycan qarşılıqlı hörmət əsasında əməkdaşlığın davam etməsində, münasibətlərin tezliklə normallaşmasında maraqlıdır. Hazırki vəziyyətdə top Rusiya tərəfindədir, nə qədər tez konstruktiv addımlar atılacaqsa, problem aradan qalxacaq".
Süleyman
Bu mövzuda digər xəbərlər:Hələ də İrəvanı müttəfiq hesab edirik KTMT baş katibi
28 Noyabr 2024 16:15
KTMT Ermənistanı hələ də müttəfiq olaraq görür
24 Yanvar 2025 14:55
Lukaşenko hesab edir ki, Rusiya və ABŞ müttəfiq ola bilər
05 Mart 2025 07:42
Onların ölümləri hələ də danışılır Fotolar
13 Sentyabr 2025 01:38
Mədəni irsimiz ölkənin mülkiyyətidir
28 Fevral 2025 10:07
Baxış sayı:25
Bu xəbər 29 Dekabr 2025 19:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















