Simonyan Azərbaycanın sülh şərtlərinə haqq qazandırdı
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Ermənistan parlamentinin sədri Alen Simonyan sülh müqaviləsi imzalamaq üçün Azərbaycanın istəyi və iradəsinin lazım olduğuna inanır.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Simonyan bu haqda jurnalistlərə açıqlamasında deyib:
"İnanıram ki, biz sülh sazişini imzalamağa çox yaxınıq".
Spiker Azərbaycanın sülh sazişinin imzalanması üçün ilkin şərtlər irəli sürdüyü barədə iddialarla razılaşmayıb. O, bunun daha çox narahatlıqdan irəli gəldiyini deyib.
“Onlar narahatdırlar, hər şeyin rəsmi şəkildə sənədləşdirilməsini istəyirlər, çünki həyat gözlənilməzdir və onlar sabah və ya o biri gün yeni müharibənin başlamamasını təmin etməlidirlər. Əslində bu, yaxşı niyyətdir", - deyə o qeyd edib.
Simonyanın sözlərinə görə, dünyaya və Azərbaycan tərəfinə aydındır ki, Ermənistan da sülhü təmin etmək üçün əlindən gələni edib.
"Sülh kövrəkdir, amma bərqərar olub. Sülhün yekun razılaşmada təsbit olunmasını və ən əsası, onun yerində mövcud olmasını təmin etmək üçün əlimizdən gələni edəcəyik. Baxın, bu, demək olar ki, inanılmazdır: biz artıq iki ilə yaxındır ki, bir-birimizə atəş açmırıq; müstəqillikdən bəri bu, baş verməyib", - deyə o vurğulayıb.
A.Simonyanın sözlərinə görə, Qarabağ ermənilərinin istədikləri vaxt geri qayıda bilməsi üçün vaxt lazımdır.
Xatırladaq ki, Azərbaycan sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasının dəyişdirlməsi şərtini irəli sürüb. Həmin konstitusiyanın preambula hissəsində Qarabağa ərazi iddiaları yer alır.
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:54
Baxış sayı:54 Bu xəbər 31 Oktyabr 2025 15:55 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 31 Oktyabr 2025 15:55 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















