Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Paşinyanın yeni “sülh” oyunu: “Azərbaycanın şərtlərinə...”

Paşinyanın yeni “sülh” oyunu: “Azərbaycanın şərtlərinə...”

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

"Danışıqların yalnız bir nəticəsi ola bilərdi - Qarabağın faktiki olaraq Azərbaycana qaytarılması".

Yerli mətbuatda yayılan məlumatlara görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan "Facebook"dakı səhifəsində yazıb.

"Beləliklə, 1994-cü ildən, yəni atəşkəs başlayandan sonra Qarabağın Azərbaycana qaytarılması ətrafında danışıqlar prosesi gedirdi. 

Yəni, danışıqların yalnız bir nəticəsi ola bilərdi: Qarabağın faktiki olaraq Azərbaycana qaytarılması.

Biz bunu etmədik və yuxarıda göstərilən danışıqlar prosesini əvvəlcədən müəyyənləşdirən beynəlxalq ictimaiyyət müharibəyə belə ciddi müqavimət göstərmədi. Reallıq budur, əziz xalqım", - Paşinyan yazıb.

Maraqlıdır, Paşinyan son açıqlamaları və bəyanatları ilə Ermənistan ictimaiyyətini Azərbaycan və Türkiyə ilə barışığa, sülhə hazırlayır? Paşinyan erməni xalqına yaxın zamanda Azərbaycanla sülh sazişi imzalamağa hazırladığına dair mesaj verir?

Məsələ ilə bağlı Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümünün rəhbəri, Azərbaycan-Ermənistan Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı “Cebhe.info”-ya açıqlamasında qeyd edib ki, Nikol Paşinyan erməni cəmiyyətində ciddi rezonans yaradan fikirlər söyləməkdə davam edir: 

“Paşinyan bildirib ki, Ermənistanın sabiq prezidentləri - Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyanın dövründə Qarabağın Azərbaycana qaytarılması ilə bağlı məsələ gündəmdə olub.

Paşinyan bu kimi fikirlərini yalnız özünün “Facebook” səhifəsində deyil, həmçinin televiziya verlişlərində də səsləndirib. Təbii ki, Paşinyanın son statusu Ermənistan cəmiyyətində ciddi müzakirələrə səbəb olub.

Hazırda Ermənistanın sabiq prezidentləri - Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyanın mətbuat katibiləri erməni mətbuatına bildiriblər ki, onlar Paşinyanın fikirləri ilə razı deyillər.

Bildirim ki, Paşinyan onları bu məsələni müzakirə etmək üçün teledebata dəvət etsə də, eks-prezidentlər Paşinyanın dəvətini qəbul etməyiblər.

Eyni zamanda, Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Qazaryan Paşinyanın fikirlərinə münasibət bildirib. Onun sözlərinə görə, Paşinyan müxtəlif manevrlər yolu ilə növbəti seçkilər ərəfəsində erməni xalqının etimadını qazanmaq istəyir.

Qazaryan hesab edir ki, Paşinyan Qarabağın Ermənistanın əlindən çıxmasında səbəbkarlar məhz eks-prezidentlərdir. Paşinyana qatı müxalif olan Qazaryan Ermənistanın İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğramasında məhz Paşinyan məsuliyyət daşıdığını bildirib”.

Paşinyanın erməni cəmiyyətini Azərbaycan və Türkiyə ilə sülhə hazırlaması məsələsinə də aydınlıq gətirən Qafar Çaxmaqlı bildirib ki, bu gün Ermənistanda bu məsələ gündəmdədir:

“Hazırda Ermənistanla Azərbaycan və Ermənistanla Türkiyə arasında danışıqlar prosesi gedir. Ermənistan-Türkiyə münasibətlərinin normallaşması istiqamətində müəyyən addımlar atılır. Artıq Azərbaycan-Ermənistan sülh müqaviləsinin bir çox bəndləri razılaşdırılıb.

Hesab edirəm ki, Paşinyanın statusları və bəyanatları bu istiqamətdə müsbət nəticələrə gətirib çıxarmayacaq. Bu gün Paşinyan Azərbaycanla sülh sazişi imzalamağa tələsir.

Amma sazişin imzalanmasından öncə Ermənistan Azərbaycanın bir sıra şərtlərini yerinə yetirməlidir. İlk növbədə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını nəzər tutan müddəalar aradan qaldırılmalı, ikincisi, Ermənistan Azərbaycanla birgə ATƏT-nin Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməli və üçüncüsü, Azərbaycanla sərhəd ərazilərdə Aİ-nin müşahidə missiyasının fəaliyyəti dayanmalıdır.

Paşinyan bu məsələ ilə bağlı bəyanatlar versə də, hələlik bu istiqamətdə addımlar atmır. Bu isə Azərbaycanı qane etmir. Əgər İrəvan Azərbaycanla sülh sazişi imzalamaq istəyirsə, Azərbaycanın şərtlərinə əməl etməlidir”. 

Yunis Abdullayev 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Dekabr 2024 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri