Icma.az
close
up
RU
Simonyan sarsaqladı: Xocalı qatillərini geri qaytaracağını dedi

Simonyan sarsaqladı: Xocalı qatillərini geri qaytaracağını dedi

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Ermənistan Parlamentinin spikeri Alen Simonyan yenə də reallıqdan uzaq, məsuliyyətsiz və həyasız açıqlama ilə çıxış edib.

Turkustan.az xəbər verir ki, o, Bakıda saxlanılan, Xocalı soyqırımında, Qarabağda Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayətlərdə iştirak etmiş, separatçı rejimin qondarma “nazirləri” və silahlı dəstələrinin üzvləri də daxil olmaqla bütün cinayətkarların guya “geri qayıdacağına əmin olduğunu” bildirib.

"Bizdə 200-ə qədər əsir vardı. Bu günə olan məlumata görə, 23 əsir təsdiqlənib. Mən əminəm ki, əsirlərin sayı bir məqamda sıfıra enəcək. Kim əsir götürülübsə və ya Bakıda həbsxanalarda düşübsə, hamısı geri qayıdacaq. Hakimiyyətimiz indiyə qədər olduğu kimi, bütün istisnasız olaraq hamının geri dönməsi üçün hər şeyi edib və edəcək", - Alen Simonyan sarsaqlayıb.

Simonyanın bu sözləri xam xəyaldan və siyasi isteriyadan başqa bir şey deyil.

Bakıda həbsdə olanlar kimlərdir?

Bunlar Xocalı qətliamında əli olan, 30 il ərzində Azərbaycan torpaqlarında terror, etnik təmizləmə və qanunsuz silahlı fəaliyyətlə məşğul olan, qondarma, məhv edilmiş separatçı rejimin rəhbərləri və onların əlaltılarıdır.

Bu şəxslər Azərbaycan məhkəməsi tərəfindən ittiham olunub və cəzalarını çəkirlər.

Simonyan unudur ki, Azərbaycan xalqına qarşı cinayətlərdə iştirak edən hər bir quldur, hər bir silahlı dəstənin üzvü, hər bir separatçı rəhbər Bakıda, DTX-nın kamerasında cavab verir və verəcək.

Bu məsələ artıq siyasi deyil – beynəlxalq hüquqa, insanlığa qarşı cinayətlərin cəzasına bağlı bir prosesdir.

Növbədə kimlər var?

Simonyan və digər erməni siyasətçiləri yaxşı bilməlidir ki, Robert Koçaryan, Serj Sarkisyan, Samvel Babayan, Vitali Balasanyan və digər hərbi cinayətkarlar da öz növbələrini gözləyirlər.

Tarixdə gec-tez ədalətin qapısı döyülür. Azərbaycan xalqına qarşı cinayət törədənlər isə o qapını bir dəfə deyil, çox dəfə döyəcəklər - DTX-nın kamerasının qapısını.

Tezliklə onların hamısı Bakıda istədikləri qədər… çay içə biləcəklər.

Bu, faktın, tarixin və ədalətin hökmüdür. /Musavat.com/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 26 Noyabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see339

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see310

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see299

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see290

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see271

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see264

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see260

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see258

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see235

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see229

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see227

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see222

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see212

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see205

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see203

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see198

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see195

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see189

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see186

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri