Icma.az
close
up
RU
Simonyan yalan danışır: Ermənistan Azərbaycana qarşı hər zaman ərazi iddiası ilə çıxış edib

Simonyan yalan danışır: Ermənistan Azərbaycana qarşı hər zaman ərazi iddiası ilə çıxış edib

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hazırda eskalasiya riski var, lakin bu mövzuda mümkün səbəb və fürsətlərin qarşısının alınması üçün hər şey edilməlidir. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib. O, Ermənistanın ərazi iddiasının olmadığını bildirib: “İrəvan öz öhdəlikləri və razılaşmalarına ciddi şəkildə əməl olunmasına diqqət edir. Eskalasiya riski var, lakin bunun üçün səbəb və imkan yoxdur, olmamalıdır. Biz hər an hər şeyin ola biləcəyinə dair mənfi fərziyələr üzərindən çıxış etməliyik. Heç bir şeyi istisna etməməliyik, əmin olmamalıyıq. Proseslər o qədər sürətlə inkişaf edir ki, yaxın günlərdə çox maraqlı hadisələr ola bilər. Bu, davamlı bir prosesdir”. Qeyd edək ki, A.Simonyan “yaxın günlərdə çox maraqlı hadisələr ola bilər” deyərkən konkret nəyi nəzərdə tutduğuna aydınlıq gətirməyib.

Hərbi ekspert Emil Həsənli “Sherg.az”a söyləyib ki, Ermənistan Azərbaycana qarşı hər zaman ərazi iddiası ilə çıxış edib:


“Erməniləri 1818-ci ildə  imzalanan Türkmənçay müqaviləsindən sonra bu ərazilərə Çar Rusiyası gətirib. Həmin vaxtdan bəri ermənilər işğal, soyqrım və terrorla məşğul olublar. Onlar beynəlxalq hüquqa zidd olan bütün cinayətləri törədiblər. Sovet və Çar Rusiyasi dövründə baş verənlər, 1918-1920-ci illər və 1948-1953-cü illərdə azərbaycanlıların köçrülməsi və 1988-ci il hadisələri buraya nümunədir. Baş verən bütün hadisələri Arayik Harutyunyan başda olmaqla onlar məhkəmədə dilə gətirirlər. Əgər Ermənistan belə fikirlər səsləndirirsə, niyə hərbi büdcəsini rekord həddə böyüdüb, Hindistan və Fransadan hücum silahlar alır? Tramp hakimiyyətə gəldikdən sonra Ukrayna və Ermənistana münasibəti dəyişib. Tramp artıq xərclərdən yaxa qurtarmağa çalışır və real siyasət aparmağa can atır. Ermənistan isə Ukraynaya olan münasibətin ona qarşı olacağı ehtimalından narahatdır. Ona görə də bölgədə münasibətləri yaxşılaşdırmağa cəhd göstərir. Ermənistan başa düşməlidir ki, 30 il ərzində nə işğalı reallaşdıra, nə də dırnaqarası rejimi özünə birləşdirə bildi. Ermənistanın nicat yolu Azərbaycanla normal əlaqələr qurmaqdan keçir. Ermənistanın Azərbaycanla əlaqələrinin yaxşılaşması Türkiyəylə də münasibətlərinin normallaçması deməkdir. Əks halda Ermənistanın bölgədə mövcudluğu sual altında qalacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Mart 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see206

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see197

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see192

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see179

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see168

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see154

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see150

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see139

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see133

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see133

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see132

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see130

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see127

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see127

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see127

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see126

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see124

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see123

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see122

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri