Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

“Simurq” musiqi təhsil layihəsində uğurlu iştirak

“Simurq” musiqi təhsil layihəsində uğurlu iştirak

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan musiqi elm və mədəniyyəti möhkəm sütunlar üzərində qurulmuş və dolğun inkişaf tarixi keçmişdir. Milli musiqimizin hər bir sahəsi və istiqaməti dahi Üzeyir bəy Hacıbəylinin bizə miras qoyduğu qiymətli tövsiyələr və irs əsasında formalaşmışdır. Üzeyir Hacıbəylinin əsas məqsədlərindən biri Azərbaycan gənclərinin milli təfəkkür və düşüncəyə yiyələnməsi, eyni zamanda dünya mədəniyyətinin inkişaf tarixini dərindən mənimsəməsi olmuşdur.

Bu baxımdan sağlam təməl üzərində formalaşan gənc musiqiçi nəsli klassik və müasir ənənələrin vəhdətində yaranan cığırla doğru irəliləməli, zəngin milli mədəniyyətimizi yaşatmalı, eyni zamanda çağdaş dövrün yeni üslub və metodlarından səmərəli şəkildə bəhrələnməlidir.

Qeyd olunmalıdır ki, son illərdə ölkəmizdə musiqi elmi və təhsilinin inkişafı istiqamətində zəruri işlər görülür ki, bu da gənc musiqiçilərin bilik və bacarıqlarının üzə çıxarılması, düzgün istiqmətləndirilməsi və dünya standartlarına uyğunlaşdırılmasına xidmət edir.

Həyata keçirilən çoxsaylı tədbirlər sırasında uzun illərdir uğurla fəaliyyət göstərən “Simurq” musiqi-təhsil layihəsi çərçivəsində 11-13 aprel tarixlərində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında P.İ.Çaykovski adına Moskva Konservatoriyasının dosenti Tatyana Titovanın ustad dərslərinın təşkil olunması yer almışdır.

Sözügedən ustad dərsləri gənc musiqiçilərin peşəkar inkişafına töhfə vermək, onların beynəlxalq təcrübə ilə tanışlığını genişləndirmək və musiqi təhsili sahəsində qarşılıqlı əməkdaşlığı möhkəmləndirmək məqsədi daşıyırdı.

Təqdirəlayiq haldır ki, ustad dərslərdə iştirak etmək və Tatyana Titovanın yüksək peşəkarlığından faydalanmaq məqsədilə təşkil olunmuş seçim turunda qalib gələn gənc pianoçular arasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İxtisas musiqi məktəb-studiyasının VIII sinif şagirdi Cəlalə İsmayılzadə də var idi. Bir çox respublika və beynəlxalq müsabiqələrin qalibi olan Cəlalə İsmayılzadə, müxtəlif tədbirlərdə konsert proqramları ilə uğurla çıxış edir. İstedadı, dərin bilik və bacarığı, musiqi sənətinə ciddi və məsuliyyətli yanaşması sayəsində o, müəllimlərin və sənətsevərlərin rəğbətini qazanıb. Onun əldə etdiyi yüksək nailiyyətlər, şübhəsiz ki, valideynlərinin dəstəyi və yüksək peşəkarlığı, illərin təcrübəsi ilə seçilən Məktəb-studiyanın pedaqoqu, Əməkdar müəllim Kamilla Əmirovanın əməyi sayəsində mümkün olmuşdur. Ümumilikdə qeyd olunmalıdır ki, Məktəb-studiyanın ixtisaslaşmış pedaqoji heyəti gənc musiqiçilərin hərtərəfli inkişafı və səhnə fəaliyyətinə uğurla qədəm qoymaları istiqamətində mühüm işlər görür.

“Simurq” layihəsinin yekunu olaraq, 30 aprel tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Bakı Kamera Orkestri, BMA-nın tələbələri və sözügedən layihənin gənc musiqiçilərinin konserti keçirildi. Həmin tədbirdə ölkəmizin mötəbər şəxsləri – ictimai xadim, Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının təsisçisi və baş redaktoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik şurasının üzvü Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri, fondun nümayəndəsi, film prodüseri Arzu Əliyeva, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, həmin müəssisənin nazir müavini Murad Hüseynov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli və BMA-nın beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə və “Simurq” layihəsinin rəhbəri, BMA-nın “Kamera ansamblı” kafedrasının müəllimi, pianoçu Səidə Tağızadə iştirak edirdilər.

Tematik rəngarəngliyi ilə seçilən konsert proqramında Azərbaycan və dünya bəstəkarlarının musiqi əsərləri səsləndi. Tədbirin rəsmi açılışı dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arazbarı” əsərinin Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun rəhbərlik etdiyi “Baku Chamber Orchestra” tərəfindən səsləndirilməsi ilə gerçəkləşdi. Tədbirdə layihənin qalibləri də çıxış edərək, öz istedadlarını sərgilədilər. Böyük marağa səbəb olan ifalardan biri də İxtisas musiqi məktəb-studiyasının VIII sinif şagirdi Cəlalə İsmayılzadənin mahir ifası oldu. O, görkəmli alman bəstəkarı Feliks Mendelsonun texniki və obraz baxımından mürəkkəbliyi ilə seçilən “Skertso” əsərini böyük məharətlə tamaşaçıların diqqətinə çatdırdı.

Hərtərəfli istedada malik gənc musiqiçi fortepiano ifaçılığı ilə yanaşı, çello ifaçılığına da maraq göstərir və bu səpkidə onun bir sıra uğur və nailiyyətləri olmaqdadır.

Cəlalə İsmayılzadənin simasında Məktəb-studiyanın bir çox məzun və şagirdləri var ki, onlar gənc ifaçılar arasında fərqlənir və daim yeni uğurlara imza atırlar. Bu yaradıcı prosesin baş verməsi sevindirici və qürurvericidir.

“Simurq”un bu dəfə təqdim etdiyi proqram bir daha onu təsdiqləyir ki, yaradıcı layihənin təşəbbüskarları yetişməkdə olan gənc musiqiçilərə daim dəstək və qayğı göstərir, peşəkar səhnəyə hazırlayır və milli musiqi irsinin layiqli davamçıları kimi formalaşdırır.

Şəfəq Hacıyeva

BMA-nın İxtisas musiqi məktəb-studiyasının böyük elmi işçisi, musiqişünas

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:243
embedMənbə:https://525.az
archiveBu xəbər 07 May 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see536

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see390

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see359

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see311

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see296

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see291

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see269

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see266

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see263

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see249

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see244

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see244

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see242

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see225

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see220

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see210

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see199

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see185

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri