Icma.az
close
up
RU
SİMURQ Liseyi: Yenilənmiş ad, gücləndirilmiş missiya

SİMURQ Liseyi: Yenilənmiş ad, gücləndirilmiş missiya

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Təhsil sahəsindəki yeni yanaşmaları və qlobal standartları əks etdirən "ZƏFƏR" Liseyi artıq "SİMURQ" Liseyi və eyniadlı uşaq bağçaları adı ilə fəaliyyətini davam etdirəcək.

"ZƏFƏR" Liseyi cari ilin sentyabr ayından etibarən fəaliyyətə başlayaraq Azərbaycanda hər kəsə əlçatan beynəlxalq təhsil təklif edən bir təhsil müəssisəsi olaraq fərqləndi. Kembric Beynəlxalq kurikulumuna və yerli tədris proqramına əsaslanan tədris modeli ilə lisey ilk ilində 400-dən çox şagirdi öz sıralarına qatmağı bacardı. İnnovativ təlim metodikaları və beynəlxalq standartlara uyğun təhsili ilə "ZƏFƏR" Liseyi həm yerli, həm də qlobal miqyasda rəqabətədavamlı bir platforma yaratmağı hədəfləmişdi və hazırda "Hər kəsə əlçatan beynəlxalq təhsil!" devizi altında təhsil sahəsində öz yerini daha da möhkəmləndirib.

"SİMURQ" Liseyində 3 bölmə - Azərbaycan, ingilis və rus bölmələri mövcuddur. Liseyin təlim prosesi sosial və emosional öyrənmə (SEL) metodikasına, təhsil sistemi isə həm Kembric Beynəlxalq kurikulumuna, həm də yerli tədris proqramına əsaslanır.

Lisey, həmçinin uşaq bağçalarımızın tədris proqramı və metodologiyası şagirdlərə dünyasəviyyəli təhsil təqdim etmək istiqamətində formalaşdırılıb.

"SİMURQ" Liseyi və "SİMURQ" Uşaq Bağçaları əvvəlki kimi Baş İcraçı Direktor Tural Abasquliyevin rəhbərliyi altında fəaliyyətini "LANDAU Education Group"un nəzdində davam etdirəcək.

Qeyd olunan bu addım liseyin təhsil proqramına və ödəniş haqlarına təsir göstərməyəcək, yəni hər hansı bir dəyişiklik olmayacaq. Təhsil ocaqlarımız özündə həmişəki kimi daha güclü, müasir və şagirdlər üçün zəngin bir tədris mühiti yaratmağa davam edəcək.

"SİMURQ" Liseyi övladlarınıza ən yüksək səviyyədə təhsil vermək və onların inkişafını dəstəkləmək üçün mövcud resurs və metodlarını gücləndirməyə davam edəcək.

Gələcəkdə daha böyük uğurlara imza atmaq məqsədilə "SİMURQ" Liseyi bütün valideynləri və ictimaiyyəti bu yolda birlikdə addımlamağa dəvət edir.

Qeyd edək ki, liseyin 2 korpusu mövcuddur: "Zabrat" (Zabrat-Pirşağı yolu, "Xəzər Bağları" Yaşayış Kompleksi) və "Xırdalan" (Xırdalan şəhəri, "Absheron City" Yaşayış Kompleksi) korpusları.

"SİMURQ" Uşaq bağçaları isə "20 Yanvar" korpusu Nəsimi rayonunda, "Masazır" korpusu isə "Yeni Bakı" Yaşayış Kompleksində yerləşir.

Əlaqə nömrələri - +994 50 331 18 01 ("20 Yanvar" korpusu)

+994 55 969 56 00 ("Masazır" korpusu)

"SİMURQ" Təhsil Kompleksi barədə ətraflı məlumat əldə etmək üçün liseyin rəsmi saytı olan "www.simurqliseyi.az"-a daxil ola və ya +994 50 209 25 36; +994 50 209 25 37 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Daha yaxşı gələcək üçün hər kəsə əlçatan özəl təhsil!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:375
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Noyabr 2024 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri