Icma.az
close
up
RU
“Sınaq imtahanı üçün 12 15 manat pul ödəmişik

“Sınaq imtahanı üçün 12 15 manat pul ödəmişik

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, bu dəfə lisey və gimnaziyalara qəbul yalnız 6-cı sinifdən aparılacaq. Belə ki, əvvəlki illərdə Bakıda və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara qəbul 5, 6, 7 və 8-ci sinifləri əhatə edirdisə, bu il yalnız 6-cı sinifdə oxuyan şagirdlər qeydiyyatdan keçərək imtahanda iştirak edə biləcəklər. Qaydalara hansı səbəbdən dəyişiklik edildiyinə də rəsmi aydınlıq gətirilməyib. 

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, sözügedən qərar valideynlər arasında ciddi narahatlıqlara səbəb olub.

Artıq bir çox valideyn, o cümlədən təhsil ekspertləri bununla bağlı sosial şəbəkələrdə narazılıqlarını ifadə ediblər. Valideynlər həmin qərarı tənqid edərək, övladlarının təxminən bir ildir, hazırlıqlara getdiklərini, bunun onlara həm maddi, həm də mənəvi təsir etdiyini bildirib.

Narazı valideynlərdən biri Zahidə Səmədin sözlərinə görə, övladı hazırlıqlarla yanaşı, hər ay 1 və ya 2 dəfə liseylərdə sınağa gedib: “Sınaq çox da minimal büdcə deyil, 12-15 manat olub və hamımız uşaqlarımızı ora göndərmişik. Bəs bu sınaqlar niyə təşkil olunurdu? Hətta mayın 31-nə, iyunun 1-nə sınaqlar var, onlara bilet alan insanlar var. Əgər imtahan olmayacaqdısa, niyə bu sınaqların təşkilinə icazə verilirdi? Niyə bu qərar sentyabrda, ilin ortasında - yanvarda deyil, imtahana 20 gün qalmış açıqlanır? Bu, şagirdlərin hüquqlarının tapdalanmasıdır. Bu qərarın qəbulunda məqsəd nədir?”

Valideynlər qərara təkrar baxılmasını, onun aradan qaldırılmasını tələb ediblər. 

Təhsil eksperti Elmin Nuri isə həmin qərarı gözlənilməz və bir o qədər də məyusedici adlandırıb: “ARTİ tərəfindən mərkəzləşdirilmiş qaydada lisey və gimnaziyalara qəbul bu il yalnız VI sinif şagirdlərinə şamil edildi. Yəni, yalnız onlar 7-ci sinfi liseydə oxumaq üçün imtahan verəcəklər. Bəs digərləri?! Dünənədək bu proses IV-VIII siniflərə şamil edilmirdimi?! Minlərlə uşaq il boyu hazırlaşıb ki, sonda imtahan verib, lisey-gimnaziyalara qəbul olunsunlar. Valideynləri pul, müəllimləri beyin xərcləyiblər. Özlərinin əziyyətindən isə danışmağa dəyməz. Belə məsələlər durduq yerə, birdən-birə “yalnız bu olmalıdır” prinsipi ilə olmur. Ümumiyyətlə, olmur və olmamalıdır da... Yaxşı, madam ki, qəbul yalnız VI siniflər üçündür, o zaman digər siniflərin qəbulunun dayandırılmasının səbəbi nədir?”

Problemlə bağlı Təhsil İnstitutuna ünvanladığımız  sorğuya belə cavab aldıq: “Sözügedən mövzu qurumun diqqətindədir və müzakirələr aparılır. Yaxın zamanda ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, Bakıda və bölgələrdə mərkəzləşdirilmiş imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyaların sayı 30-dan çoxdur. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 May 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri