Sinif müəllimi idi, işdən çıxıb bir gündə milyarder oldu Sərvəti 2,5 milyarddır
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Çində ibtidai sinif müəllimliyindən ayrılaraq iş dünyasına addım atan Maykl May təsis etdiyi sənaye materialları istehsalçısı “Crown New Materials Technology” şirkətinin ilkin kütləvi təklifi (IPO) vasitəsilə milyarderlər sırasına qoşulub.
“Qafqazinfo” xəbər verir ki, Şençjen Fond Birjasında ticarətə başlayan şirkətin səhmləri ilk gündə 787 faizə qədər sıçrayış nümayiş etdirib.
İlkin olaraq 16,98 yuan qiyməti ilə hərraca çıxarılan səhmlər gün ərzində 150,58 yuana yüksələrək, təxminən 8,9 dəfə bahalaşıb.
Bu kəskin yüksəlişin ardından növbəti ticarət günündə səhmlərin qiyməti 77 yuan səviyyəsinə geriləyib. Yaranan dəyişkənliklə bağlı şirkət rəhbərliyi investorları ehtiyatlı olmağa və investisiya qərarlarını diqqətlə qiymətləndirməyə çağırıb.
“Forbes” jurnalının hesablamalarına əsasən, 62 yaşlı Maykl Mayın sahib olduğu səhmlərin təxmini dəyəri ilk gündə 2,5 milyard dollara çatıb. Şirkətin sədr müavini olan onun 64 yaşlı bacısı May Huixianın xalis sərvəti isə 2 milyard dollar olaraq qiymətləndirilib. Avstraliya vətəndaşı olan və Honkonqda yaşayan bacı-qardaşın sərvəti nağd qazancdan ziyadə, səhmlərin bazar dəyərinə əsaslanır.
1984-cü ildə müəllimlik peşəsini tərk edən Maykl May 15 il müxtəlif fabrik və müəssisələrdə çalışdıqdan sonra 2000-ci ildə bacısı ilə birlikdə “Crown New Materials Technology” şirkətini təsis edib. Mərkəzi Çunşan şəhərində yerləşən müəssisə elektronika, avtomobil və yarımkeçirici sənayesində istifadə olunan yapışdırıcı və qoruyucu materialların əsas tədarükçülərindən birinə çevrilib. Çində dörd, Vyetnamda isə bir istehsal müəssisəsinə sahib olan şirkət “Tesla” və “Apple” kimi beynəlxalq nəhənglərin təchizat zəncirində yer alır. Şirkət IPO-dan əldə olunan gəlirləri istehsal gücünü artırmağa və yeni tədqiqat mərkəzinin yaradılmasına yönəltməyi planlaşdırır.
Şirkətin birjada qeydə aldığı artım Çin maliyyə bazarlarında müşahidə olunan eniş dövrünə təsadüf edir. Zəif istehlak və süni intellekt sektorundakı risklər fonunda bəzi əsas Çin indeksləri iyun ayındakı pik səviyyələrdən 20 faizdən çox geriləyib. Nəticədə, Pekin hökuməti bazarları dəstəkləmək məqsədilə birja ticarət fondlarına 19 milyard dollar vəsait ayırıb. “Crown New Materials Technology” səhmlərinə olan yüksək tələbat isə yeni siyahıya alınan şirkətlərə investor marağının qaldığını göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 05 Noyabr 2026 05:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















