Icma.az
close
up
RU
Siqaret fasiləsi edənlərin iş vaxtı uzadılır? AÇIQLAMA

Siqaret fasiləsi edənlərin iş vaxtı uzadılır? AÇIQLAMA

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə Parlamentinə siqaret çəkən dövlət işçilərinin çəkməyənlərdən daha çox işləməsi tələbi ilə bağlı ərizə təqdim edilib. Bildirilir ki, siqaret fasilələri iş səmərəliliyini aşağı salır, digər işçilər üzərində haqsız yük yaradır. Həmçinin siqaret fasilələrinin dövlət resurslarından səmərəli istifadənin qarşısını aldığı da qeyd edilib. 

Sözügedən ərizə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Azərbaycanda da bəzi hallarda iş yerlərində siqaret fasiləsi ilə bağlı irad bildirilir. Amma bunun təbii ehtiyac olduğunu və irad bildirilməsini düzgün hesab etməyənlər də çoxdur.

Bəs doğrudan da iş yerlərində siqaret çəkənlər çəkməyənlərdən daha az işləyir?

Mövzunu Ölkə.Az-a şərh edən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov hesab edir ki, belə məsələlərin qanunvericiliklə tənzimlənməsi o qədər də effektiv deyil.

“Xüsusən bizdə bu alınmayacaq. Hər bir iş yerində işəgötürənin ixtiyarı var ki, işçilərin səmərəlilik göstəricilərini qiymətləndirsin. Hər bir şəxsin iş günü ərzində nə etdiyinə dair təxmini bir hasilat norması var. Əgər onlar müəyyən edirsə ki, kimsə digərinə nisbətən daha az səmərəli işləyir, onda başqa tədbir görmək olar. Məsələn, vəzifə pillələrində daha yaxşı işləyənlərə üstünlük verilə bilər və belə də olmalıdır. Mükafatlandırma məsələlərində nəzərə ala bilər və s. Həmçinin işəgötürən iş yerində konkret olaraq siqaret çəkməyi qadağan da edə bilər. Məsələn, xüsusi bir yer ayıra bilər ki, nahar fasiləsi zamanı kim istəyirsə, gedib siqaret çəksin”. 

S.Məmmədov iş yerlərnə dini ibarət, eləcə də çay kofe fasilələrinin də olduğunu xatırladıb: “Burada digər məsələ də ortaya çıxır. Məsələn, kimsə iş vaxtı dini ibadət yerinə yetirir – namaz qılır. Bəs onlara münaisbətdə necə olacaq? Bu, daha çox vaxt aparır. Biri siqaret çəkir, biri namaz qılır, üçüncünün başqa səbəbi olur. Ona görə də bu məsələdə kompleks yanaşma olmalıdır. Məsələn, işçiyə verilən 1 saatlıq fasiləni hissələrə bölə bilər və yaxud yarım saat nahar üçün qalan 2 dəfə də siqaret fasiləsi verə bilər. 

Bir çox ölkələrdə iş yerlərində çay, kofe, su qoyulur və işçilər ondan istifadə edir. Bu da işdən ayrılmaq deməkdir. İşçi-işəgötürən Münasibətləri sosial parnyotluq məsələsidir. Əgər kimsə iş yerindən 5 dəqiqə aralanıbsa, o gəlib işini daha effektiv yerinə yetirə bilər və işəgötürənə ziyan verməz. İşəgötürən də əməkdaşının hüquqlarını belə xırda məsələlərlə məhdudlaşdırmaz, amma gözləyər ki, o, öz peşə vəzifəsini vicdanla yerinə yetirsin. Məncə, bu, işçini siqaret fasiləsin görə, artıq işlətməkdən daha yaxşıdır”.

Billurə Yunus

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 İyun 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri