Siqareti azaltmaq istəyirdilər, daha çox satıldı
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gürcüstanda tütün məhsullarının vergiyə cəlb olunması qaydalarında edilən dəyişiklik gözlənilənin tam əksinə nəticə verib.
Axar.az Musavat.com-a istinadən xəbər verir ki, 2026-cı ilin yanvarından Gürcüstan hakimiyyəti yerli istehsal olunan tütün məhsullarına aksiz vergisini azaldıb, idxal olunan məhsullara isə artırıb.
Tütünə Nəzarət Alyansının məlumatına görə, nəticədə bazara daha ucuz yerli siqaretlər çıxıb. İdxal siqaretləri bahalaşdıqdan sonra istehlakçılar siqaretdən imtina etmək əvəzinə yerli və daha ucuz məhsullara keçiblər.
Nəticədə ölkədə siqaret satışı 5 faiz artıb, inflyasiya nəzərə alınmaqla tütün məhsullarından büdcəyə daxil olan real gəlirlər isə 1,3 faiz azalıb.
Yerli siqaretlərin satışında daha ciddi artım qeydə alınıb. Onların satışı 26 faiz yüksəlib, lakin bu məhsullardan büdcəyə daxil olan vəsait 8 faiz azalıb.
Tütünə Nəzarət Alyansı bildirir ki, islahatın məqsədi siqaretlərin qiymətini yüksəltməklə həm büdcə gəlirlərini artırmaq, həm də tütün istehlakını azaltmaq idi. Ancaq təşkilatın qiymətləndirməsinə görə, nəticə tam əksinə olub: büdcə gəlir itirib, siqaret istehlakı isə artıb.
Təşkilat yerli tütün istehsalçılarına verilən vergi güzəştlərinin ləğvini və sabit aksiz dərəcəsinin artırılmasını tələb edir. Məqsəd bazarda həddindən artıq ucuz siqaretlərin qalmasının qarşısını almaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 05 Oktyabr 2026 02:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















