Icma.az
close
up
RU
Siqareti tərgitdikdən sonra orqanizmdə nə baş verir? DƏYİŞİKLİYİN XRONOLOGİYASI

Siqareti tərgitdikdən sonra orqanizmdə nə baş verir? DƏYİŞİKLİYİN XRONOLOGİYASI

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünyada siqaretin ilk idxalçıları xristianlar olub. Siqaretin tərkibində ən az 300 növ müxtəlif xərçəng əmələ gətirən 4000-ə yaxın zəhərli maddə vardır.

Bunlardan Karbon monoksit (rəngsiz, iysiz, dadsız zəhərləyici qaz), Arsenik (siçan zəhəri), Hidrogen siyanür (qaz otaqları zəhəri), DDT (böcək öldürücü zəhər), Metanol (mərmi yanacağı), Radon (radiasiya), Toluen (tiner), Kadmiyum (ağı metalı), Bütan (balon qaz), Aseton (lak həll edici), Naftalin (güvə qovucu), Amonyak (tualet təmizləyici) və s. zəhərli maddələri sadalamaq olar. Hər bir nəfəsdə siqaret tüstüsü insan orqanizmində 50 min beyin hüceyrəsini məhv edir.

Siqaret və onun yaratdığı xəstəliklər səbəbindən hər il dünyada 6 milyon insan həyatını itirir. Statistikaya görə, siqaret hər 10 saniyədə 1 insanın ölümünə səbəb olur. Hər gün ən az 2 nəfər siqaret aludəçisi ağciyər, ağız nahiyəsi vərəminə tutulur. Yalnız Azərbaycanda 5 milyona yaxın siqaret istifadəçisi var ki, bu rəqəmin 70%-ni 17-20 yaş arası gənclər təşkil edir. Bu, dünya üzrə ən yüksək göstəricilərdən biridir.

Tütün məhsullarının tərkibində 4 mindən artıq kimyəvi maddə var ki, bunlar birbaşa ağciyər, boğaz, mədə xərçəngləri, qida borusu, qırtlaq, mədəaltı vəz, sidik kisəsi, prostat, infarkt, iflic, ürək və damar xəstəlikləri kimi ölümcül xəstəliklərə yol açır. Siqaret çəkən insanların 90%-i ağciyər xərçənginə yoluxaraq dünyasını dəyişib. Mütəxəssislər qeyd edir ki, tütün məhsullarından istifadə edən insanların xərçəngə yoluxma riski 30% daha çoxdur. Siqaret çəkmək reproduktiv sağlamlığa mənfi təsir göstərir.

Kişilərlə bərabər tütün məhsullarından istifadə edən qadınların da sayı az deyil. Təəssüf ki, siqaret qadınlarda abort, erkən doğum, kişilərdə isə sonsuzluğa səbəb olur. Buna görə sağlam yaşamaq üçün siqareti atmaq lazımdır. Alimlər araşdırma zamanı siqareti atan insanın orqanizmində 24 saat sonra ciddi dəyişikliklər müşahidə ediblər.

Publika.az sizə siqareti tərgitdikdən sonra insan orqanizmində gedən dəyişikliklər haqqında maraqlı faktları təqdim edir:

1. Birdən-birə siqareti atmaq mümkün deyil. Həkimlər də bunu tövsiyə etmir. Yaxşı olar ki, mütəmadi olaraq dozasını azalda-azalda tərgidəsiniz. Birdən siqareti atan insanlarda infarkt riski 10 qat daha yüksəkdir.

2. Siqareti buraxdıqdan sonra bədəndə gedən ilk dəyişikliklər 20 dəqiqə sonra özünü büruzə verməyə başlayır. Qan təzyiqi, ürək döyüntüləri stabilləşir, damarlarda qan dövranı sürətlənir. 8 saatdan sonra qanda oksigen səviyyəsi normallaşır və beləliklə infarkt riski azalır. Tam olaraq 24 saat siqaret çəkmədiyiniz müddətdə orqanizminiz karbon monoksitdən tamamilə təmizlənir. 48 saat sonra, qanda nikotin səviyyəsi azalır, dad və qoxu duyğusu bərpa olmağa başlayır.

3. Əgər siz 72 saatdır siqaret çəkmirsinizsə, deməli, sizin tənəffüs yolu və qida borunuzun funksiyası yaxşılaşıb. Ağız qoxusu get-gedə azalıb. Uzun müddətli siqaret çəkən insanlarda kəskin qoxu dil üzərindəki piqmentlərə çökür və təmizlənməsi zaman alır. Ağız boşluğu və tənəffüs yolları öz-özünü təmizləməyə başlayır. Artıq 2-12 həftə sonra bütün bədəndə olan nikotin sorulur. Qan dövranı yaxşılaşır, bədəndə yorğunluq hissi aradan qalxır, qıcolma, əl-ayaqlarda keyimə və tənəffüs yollarında boğulma hissi daha az müşahidə edilir.

3-9 aydan sonra sinədə göynəmə və öskürmə, xırıltı, boğulma azalmağa başlayır. Yeni doğulmuş uşaq kimi nəfəs aldığınızı hiss etməyə başlayacaqsız. Ağciyərlər öz normal funksiyasını 5-10% daha bərpa etmiş olacaq. 12 aydan sonra isə sizin iflic olma riskiniz tamamilə aradan qalxacaq.

4. Artıq 12-36 ayı geridə qoymusunuzsa, sizi təbrik edirik. Həyatınıza sağlam və gümrah şəkildə davam edirsiz. 5 ildən sonra infarkt riski, qırtlaq, qida borusu, ağız boşluğu və ağciyər xərçənginə tutulma riskinin 50%-ə qədər azalıb.

5. 10-15 il sonra bir zamanlar siqaret çəkdiyinizi belə unudacaqsız. Siz artıq orqanizminizi zəhərli maddələrdən təmizləmisiz. Siqareti dayandırmaqla onun orqanizmdə yarada biləcək xəstəliklərdən 50%-ə qədər özünüzü müdafiə etmiş oldunuz.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri