Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Siracın yarımçıq qalan yolu

Siracın yarımçıq qalan yolu

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Nihat Nağızadə: “İlk dəfə idi ki, doğulduğu yurda ayaq basırdı”Dostu Sirac Abışovla bağlı xatirələrini bizimlə bölüşən Azərbaycan Dövlət Televiziyasının (AzTV) operatoru Nicat Nağızadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, o, bu torpaqlara sadəcə operator kimi deyil, yurd həsrəti çəkmiş bir insan kimi baxırdı: “Bu gün həmkarımız, peşəkar operator, vətəninə ürəkdən bağlı insan Sirac Abışovun şəhid olduğu gündür. Onun yoxluğu illər keçsə də, birlikdə yol getdiyimiz biz dostlarının yaddaşında dəyişməz qalacaq.

Nihat Nağızadə deyir: “Ömrünün son aylarında Siracla birlikdə işğaldan azad olunmuş torpaqlarımızı qarış-qarış gəzib lentə alırdıq. Qubadlıda, Ağdamda, Xocavənddə dağıdılmış kəndləri, viran qoyulmuş evləri sənədləşdirir, illərlə həsrətində olduğumuz torpaqların yenidən həyata qayıdışının şahidi olurduq. Hər çəkilişdə Siracın baxışlarında xüsusi bir sevinc, xüsusi bir qürur hiss olunurdu. Çünki o, bu torpaqlara sadəcə operator kimi deyil, yurd həsrəti çəkmiş bir insan kimi baxırdı.

Siracın doğulduğu Dondarlı kəndinə ilk səfərimiz isə yaddaşımdan heç vaxt silinməyəcək. İşğaldan azad olunandan sonra o, ilk dəfə idi ki, doğulduğu yurda ayaq basırdı. Doğma kəndinin yolunda addımlayarkən üzündəki hissləri sözlə ifadə etmək çətindir. Bu, həm sevinc idi, həm nisgil, həm də illərlə ürəyində gəzdirdiyi həsrətin sona çatmasının yaratdığı duyğular. O anlarda Siracın torpağa olan sevgisini daha yaxından gördüm. Sanki hər daşla, hər ağacla danışır, uşaqlığının izlərini axtarırdı.

Sirac çox başqa insan idi. O, özündə sonsuz torpaq sevgisi daşıyırdı. Vətən onun üçün sadəcə xəritədə göstərilən bir ərazi deyildi. Vətən onun xatirələri, uşaqlığı, arzuları və gələcəyi idi. Bəlkə də buna görə azad olunmuş torpaqlarda çalışarkən hər kadrı böyük məsuliyyət və sevgiylə çəkirdi”.

Nihat Nağızadə həmçinin vurğulayıb: “2021-ci il iyunun 4-də Kəlbəcərin Susuzluq kəndində erməni silahlı birləşmələrinin yerləşdirdiyi minanın partlaması nəticəsində Sirac Abışov şəhid oldu. Həmin faciə zamanı digər həmkarımız Məhərrəm İbrahimov da həyatını itirdi. Onlar peşə borclarını yerinə yetirərkən, həqiqətləri dünyaya çatdırmağa çalışarkən şəhid oldular”.

Nihat Nağızadə əlavə edib: “Sirac təkcə iş yoldaşı deyildi. O, uzun yolların, çətin səfərlərin, yorğun günlərin etibarlı yol yoldaşı idi. Onun səmimiyyəti, təvazökarlığı və insanlığı onu tanıyan hər kəsin qəlbində xüsusi yer tuturdu.

Bu gün Siracı xatırlayarkən, onun çəkdiyi kadrlara baxarkən bir daha anlayırıq ki, bəzi insanlar ömürlərini yaşadıqları illərlə deyil, qoyduqları izlərlə ölçdürürlər. Sirac Abışov da həmin insanlardan idi. O, sevdiyi torpaqları lentə alarkən, əslində öz adını da həmin torpaqların tarixinə həkk etdi. Ruhu şad olsun. Xatirəsi isə hər zaman bizimlə yaşayacaq”.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 04 İyun 2026 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see655

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see423

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see379

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see272

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see265

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see262

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see241

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see230

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see225

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see211

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see206

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see206

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see204

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see203

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see198

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see197

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see188

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see184

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see178

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri