Icma.az
close
up
RU
Şirinlik kimi ləvəngi də verilib Mərkəzin baş direktoru, “Ege Hospital”ın həkiminin cinayət işinin təfərrüatı

Şirinlik kimi ləvəngi də verilib Mərkəzin baş direktoru, “Ege Hospital”ın həkiminin cinayət işinin təfərrüatı

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin sabiq baş direktoru Elşən Mustafayev və qurumun keçmiş direktor müavini Zamin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib.

Turkustan.az xəbər verir ki, baş direktor və müavinin cinayət işinin bəzi təfərrüatları məlum olub.

Baş direktor və müavin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Onların iş otaqlarına əvvəlcədən yerləşdirilmiş gizli kamera vasitəsilə xəstəxanaya gələn pasiyentlərin yaxınlarından rüşvət almaları və həmin məbləğləri aralarında bölüşdürmələri qeydə alınıb.

İstintaqla müəyyən edilib ki, baş direktor və müavin mərkəzdə işləyən həkimlərin gələcəkdə fəaliyyətinə maneə yaradılmaması, pasiyentlərin stasionar müalicə müddətlərinin uzadılması, onların daha keyfiyyətli müalicə almaları üçün xəstə sayı az olan şöbələrə və ya tək nəfərlik palatalara yerləşdirilməsi, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin xüsusi terapiya proqramına qəbul olunması və digər məqsədlərlə ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində alıblar.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda), 311.3.1 və 311.3.2 (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

İttihamda qeyd olunur ki, Elşən Mustafayev müavininin vasitəsilə Mərkəzin həkim-narkoloqlarından birindən işini davam etdirməsinə maneə yaradılmaması və yaş həddi ilə bağlı təqaüd məsələsinin qabardılmaması məqsədilə pul istəyib. Onun qarşısına xəstələrdən aldığı vəsaitdən rəhbərliyə çatdırılması tələbi qoyulub. Bu danışıqdan sonra həkim evə buraxılarkən hər xəstədən aldığı 5 manat və yaxınlarının minnətdarlıq əlaməti kimi verdiyi 100 manat “hörmət”in 50 manatını Zamin Əliyevə verib. Ümumilikdə 276 nəfər xəstədən hər birindən 5 manat alındığı müəyyən edilib.

Həmin həkim məhkəmədə şahid kimi ifadə verərək, baş həkim və müavinin göstərişi ilə xəstələrdən pul topladığını təsdiqləyib.

Baş həkim məhkəmədə dindirilən zaman bildirib ki, rəhbər təyin olunduğu vaxtdan xəstəxananın bir çox xərclərini şəxsi vəsaiti hesabına ödəyib. Onun sözlərinə görə, xəstəxanaya çatmayan dərmanların alınması, nasosların təmiri və digər texniki problemlərlə bağlı xərcləri özü qarşılayıb. Həmçinin Fövqəladə Hallar Nazirliyi tərəfindən xəstəxanaya yazılan cəriməni də şəxsi vəsaiti ilə ödədiyini qeyd edib. Mustafayev deyib ki, bu xərcləri qarşılamaq üçün qeyri-rəsmi fond yaradılıb.

İstintaq zamanı 23 nəfər xəstə yaxını baş həkimə və müavinə pul verdiklərini etiraf ediblər. Onlar bildiriblər ki, məqsədləri xəstələrinin daha yaxşı şəraitdə müalicə alması olub. Məhkəmədə şahid qismində dindirilən həmin şəxslər pulu baş həkim və müavinə könüllü verdiklərini, şikayət və tələblərinin olmadığını bildiriblər.

Araşdırma zamanı xəstə yaxınlarından birinin baş həkimə “şirinlik” kimi ləvəngi gətirdiyi də müəyyən edilib. Baş həkim bu epizodla bağlı açıqlama verməyib. İstintaq zamanı həkimə ləvəngi gətirdiyini şəxs məhkəmədəki ifadəsində bunu inkar edib.

Şahidlər ifadələrində qeyd ediblər ki, xəstələrini mərkəzə yerləşdirdikdən sonra onların səhhətində müsbət dəyişikliklər müşahidə ediblər. Buna görə də xəstəxanadan çıxarkən baş həkimə “şirinlik” verdiklərini bildiriblər.

Elşən Mustafayev və Zamin Əliyev yığılan pulların xəstəxananın yaranan xərclərinə yönəldildiyini deyərək özlərini qismən təqsirli biliblər.

Anket məlumatları dəqiqləşdirilərkən məlum olub ki, baş həkim Elşən Mustafayev mərkəzdəki vəzifəsi ilə yanaşı, “Ege Hospital”da da həkim-psixiatr kimi çalışıb. Hospital tərəfindən verilən xasiyyətnamədə Elşən Mustafayevin müsbət xarakterizə olunduğu qeyd edilib. O, həmçinin səhiyyə naziri tərəfindən “Səhiyyə Əlaçısı” döş nişanı ilə təltif edilib./teleqraf

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 02 Noyabr 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see321

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see309

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see294

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see264

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see246

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see223

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see216

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see206

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see200

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see191

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see188

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see182

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see178

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see155

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see155

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see154

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see146

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri