Icma.az
close
up
RU
Şirkətlər qiymətləri minimuma endirib, amma alıcı azdır SƏBƏB

Şirkətlər qiymətləri minimuma endirib, amma alıcı azdır SƏBƏB

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Son zamanlar tikinti materialları bazarında durğunluq müşahidə olunur.

Durğunluq əsas səbəbləri nələrdir? Bəs problemin çıxış yolu varmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan əmlak eksperti Elnur Azadov bildirdi ki,  2021-ci ildən etibarən tikinti materiallarında qiymət artımı müşahidə olunmağa başladı.

"Əsasən armatur qiymət olaraq daha çox bahalaşdı. Qismən də digər inşaat mallarında 5–10 faizədək bahalaşma görüldü. Eyni zamanda Rusiya ilə Ukrayna arasında başlayan hərbi vəziyyət də öz təsirini göstərdi. Çünki bir çox vətəndaşların, əsasən də regionda yaşayanların gəliri Rusiyadan gəlirdi. Əldə olunan gəlirlər fərdi evlər inşa və təmir edilirdi.

Əsas ciddi problem buradadır. Böyük şəhərlərdə Bakı, Sumqayıt, Xırdalan burada başqa problem var ki, son 5 il ərzində yeni tikintisinə başlanan binaların sayı dəfələrlə azalıb. Tikinti şirkətlərinə verilən icazələrdə ciddi məhdudiyyətlər yaradılıb. İlk növbədə mülki tikinti ölkədə azalıb. Təbii ki, inşa olmaması ilk seqmentdir, təmir işlərində də çox azalma var. Bu baxımdan tikinti materialları bazarında ciddi durğunluq yaranıb. Hazırda böyük inşaat malları olan bazarlara girsək, əsasən də regionlarda ciddi durğunluğu görəcəyik".

Ekspert qeyd etdi ki, müştərilərin sayı dəfələrlə azalıb.

"Müştəri sayı az olduğu üçün bir çox inşaat mallarının tədarükü ilə məşğul olan şirkətlər qiymətləri minimuma endiriblər. Buna baxmayaraq, alıcılıq qabiliyyəti yenə aşağıdır. Regionlarda bu məsələyə çıxış yolu görmürəm.

Çoxmənzilli binalarla bağlı çıxış yolu odur ki, Arxitektura Komitəsi şəffaflıq yaratmalıdır, tikinti şirkətlərinə kütləvi icazələr verilməlidir. Tikinti şirkətləri mənzil tikintisinə başlamalıdırlar ki, problem aradan qaldırılsın. Tikinti şirkətləri arasında rəqabət yaranmalıdır. Bu isə mənzil qiymətlərinin düşməsinə zəmin yaradacaq. Əks halda qiymətlər düşməyəcək. Gördüyümüz kimi, hər il 10, 12, 15 faiz qiymət artımı ölkədə müşahidə olunur", - deyə E.Azadov bildirdi.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 İyun 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see430

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see336

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see330

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see298

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see246

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see245

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see234

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see214

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see214

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see205

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see201

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see200

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see198

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see197

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see193

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see190

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see181

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri